Gürcüstan prezidenti maaşından imtina etdi

Gürcüstan prezidenti maaşından imtina etdiGürcüstan prezidenti Salome Zurabişvili öz maaşını xüsusi fonda köçürəcək.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, Zurabişvili bu haqda mətbuat konfransında açıqlama verib.

"İndiki vəziyyətdə prezident fondu ləğv olunduğundan, xeyriyyəçiliyə və novasiyalara vasitəçilik etmək üçün prezidentin bu kimi tədbirlərə hamilik etməsi vacibdir. Ona görə də qərara aldım ki, ictimai şəxslərin köməkliyi ilə özəl əsaslı fondun yaradılması üçün müvafiq formanı axtarıb-tapım.

İlk növbədə öz maaşımı belə bir fonda köçürəcəm. Başqalarının da məndən nümunə götürəcəyinə ümid edirəm. Mən artıq Fransadan təqaüd alıram, ona görə də prezidentlik məvacibimi bu işlərə ayıra bilərəm", - deyə S.Zurabişvili bildirib.

Dünyada   Baxılıb: 838   Tarix: 12 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR