"Instagram"da suşi reklam edən məşhurları ələ saldı: "Rayonda nənəsi..." (VİDEO)

"Instagram"da suşi reklam edən məşhurları ələ saldı: "Rayonda nənəsi..." (VİDEO)Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil" verilişində bəzi məşhurlara söz atıb.

Sonxeber.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, o, canlı yayımda gecəyarı "Instagram" hesabında suşi reklam edən müğənniləri ələ salıb.

Tolik verilişində qonaq olan Əməkdar artist Tünzalə Ağayevaya "Siz bəzi müğənnilər kimi "Instagram"a qoyub gecələr suşi yemirsiniz?" sualını ünvanlayıb və ardınca bunları deyib:

"Uşaqlıqda mən suşi yeyirdim... Elə bil rayonda bunun nənəsi çörək yapmağın yerinə suşi yapırdı. Heç olmasa bunu götür "odnorazovı" qabdan çıxart qoy bir dənə qəşəng qabın içinə. Gecə ürəyim istədi, gətizdirdim. Yalansa, gecə səni "kitayski" ilan vursun. Güya bunlar ömür-billah suşi yeyiblər".

Tünzalə Ağayeva isə Tolikin bu sözlərinə davamlı şəkildə gülüb.

Şou-biznes   Baxılıb: 1605   Tarix: 13 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR