Şiddət gördüyü üçün qaçdı, təkrar barışdı və qətlə yetirildi – Azərbaycanda

Şiddət gördüyü üçün qaçdı, təkrar barışdı və qətlə yetirildi – AzərbaycandaMasallı rayon sakini Aidə Dadaşovanın yanvarın 10-da əri Rövşən Dadaşov tərəfindən qətlə yetirildiyi bildirilir. Bu barədə mərhumun qızı məlumat verib.

2017-ciilinsonlarında qadın iki məktəbli uşağı ilə birlikdə Masallıdan Bakıya qaçmış və "Təmiz Dünya" İctimai Birliyinin sığınağında məskunlaşmışdı.

Məişət zorakılığının qurbanı kimi Meydan TV-yə danışan qadının sözlərinə görə, yeniyetmə ikən ərə verilib, daim əri tərəfindən şiddət görüb:

"Hamiləvaxtıməni aparıb gəzdiyi qadının yanında döyüb".

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, Aidə Dadaşova sığınacağa gəldikdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Sığınacaqda olduğu müddətdə işlə təmin edilib və kirayəyə çıxıb:

"13 noyabr2017-ciildəsığınacağı tərk edib, kirayəyə daşınmışdı. Kirayəyə çıxandan sonra da müəyyən yardımlar edirdik. Çalışırdıq öz ayağı üzərində dura bilsin. Onun ərini bir dəfə məhkəmədə gördük. Özünü qeyri-adekvat aparırdı, gah deyirdi ki, qadın əxlaqsızlıq edib, gah da barışmaq istəyirdi. Aidə xanım da şərlənməsini bağışlaya bilmirdi. Sonradan bildik ki, barışıq ərizəsi yazılıb və qadın evinə qayıdıb. Bunu eşidəndə təəccübləndik, çünki boşanmaq istəyirdi, çox qətiyyətli idi".

MehribanZeynalovanın sözlərinə görə, Aidə Dadaşovanın atasıgil imkansız ailə olduğundan qızlarını müdafiə edə bilməyib:

"Qadını şərləyirdilər, amma burada olduğu müddətdə heç bir pis hərəkətini görmədik. Əksinə, özü haqqında deyilən sözləri həzm edə bilmirdi".

AidəDadaşovaya məxsus telefonu cavablandıran qadın özünü Rövşən Dadaşovun bibisi qızı kimi təqdim edib:

"Qadın qaçıb getmişdi sığınacağa. Elə sığınacaqların hamısı əxlaqsız qadınlara qucaq açır. Rövşən də uşaqlarının xatirinə gedib gətirdi, barışdılar. Amma gördü ki, qadın yenə öz yolundan əl çəkmir, vurub öldürdü. Deyirlər, guya Rövşən başqasıyla gəzirmiş. Elə idisə, onda Aidə onu vurub öldürəydi də, niyə tərsinə oldu?"

Qadının sözlərinə görə, Rövşən Dadaşov xanımını küt alətlə qətlə yetirib:

"Uşaqlar qonşu otaqda olublar. Analarının səsini eşitməsinlər deyə ağzını tutub, küt alətlə qətlə yetirib. Bu Rövşəni tutublar, istintaq gedir".

AidəDadaşovanın qohumları isə deyib ki, qadın evinə qayıtdıqdan sonra yenidən şiddət görüb və polisə şikayət edib.

"Rövşən barışıq ərizəsi yazmışdı. Amma yenə də ailəsinə zülm edirdi. Ona görə də Aidə evdən qaçıb polisə şikayət etmişdi. Rövşən də görüb bu dəfə həbs olunacaq, deyib elə namus üstündə gedim", – deyə mərhumun yaxınları bildirib.

Masallı Rayon Prokurorluğundan hadisəni təsdiqləsələr də, istintaq sirri olduğundan məlumat vermək istəməyiblər.

"Sfera.az"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6331   Tarix: 12 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel