"Atama şirniyyat, ləpə göndərdik" - Dilqəm Əsgərovun oğlu

"Atama şirniyyat, ləpə göndərdik" - Dilqəm Əsgərovun oğluBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər. Görüş zamanı onların saxlanma şəraiti və səhhəti ilə bağlı maraqlanılıb. Məlumatı BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova təsdiqləyib.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov azvision.az -a açıqlamasında bildirib ki, ona atası barədə heç bir məlumat verilməyib.

"Xəbəri eşidən kimi komitənin Bərdə ofisi ilə əlaqə saxladım. Bildirdilər ki, sonuncu dəfə atama dekabr ayı ərzində baş çəkilib. Ailəmiz bir il iki aydan artıq vaxtdır ki, atamdan nə məktub, nə də videogörüntü ala bilir. Dekabr ayında baş çəkmə olanda atama məktub və şirniyyat, ləpə göndərdik. Dekabrın 20-də xəbər gəldi ki, göndərdiklərimiz ona çatıb. Bizə yalnız şifahi cavab verildi".

K.Əsgərov, həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinə etirazını bildirib: "Rusiyanın Xarici İşlər Nazirliyi erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı açıqlama yayır. Atam da Rusiya vətəndaşıdır. Rusiya öz vətəndaşlarının taleyinə biganə qalmırsa, bəs Dilqəm Əsgərov haqqında niyə düşünmür? Atam 5 ildir ki, erməni girovluğundadır".

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ötən ilin dekabr və bu ilin yanvar ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1886   Tarix: 12 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021