Daha bir teatrda qalmaqal: "İşə içkili gəlib və…"

Daha bir teatrda qalmaqal: "İşə içkili gəlib və…""Vaqif İbrahimoğludan da əl çəkin!"

Rejissor Sahib Agazadənin işdən çıxarılması YUĞ-çular arasında qalmaqal yaradıb.

Sonxeber.az AzNews.az-a istinadən xəbər verir ki, Sahib Ağazadənin işdən çıxarılması ilə bağlı mətbuatda səsləndirdiyi fikirlərə sabiq baş rejissor Gümrah Ömər münasibət bildirib:

"Əziz YUĞ-çular, işləmək lazımdır!.. Özü də çox işləmək!.. Başqa heç nə. Rəhbərliyin kollektivə diqqət və sayğısını isə mütləq qiymətləndirmək lazımdır. Vicdanlı, peşəkar direktor və baş rejissorumuz var. Onlarla əl-ələ verib çalışmaq lazımdır. YUĞ naminə, ustadımız naminə. Rəhbərliyin istəyi də sağlam mühit formalaşdırıb, səmərəli yaradıcı şərait yaratmaqdır. Kimin əlinə-qoluna vururlar axı? Nə qədər gec deyil, ucuz populizmdən qaçın. Vaqif İbrahimoğludan da əl çəkin! Özünüzün kim olduğunuzu və bacarığınızın nə olduğunu ortaya qoyun, vəssalam! Bacarıqlı və istedadlı adama isə həmişə və hər yerdə iş tapılar. Bunu öz təcrübəmdən deyə bilərəm. Bu hay-küy kimə lazımdır? Hay-küy zamanı çoxdan keçib. Yaradıcılığla məşğul olun, dostlar".

Gümrah Ömərin bu fikirləri YUĞ-un sabiq aktyor və rejissoru Ər-Toğrul Kamalovu özündən çıxarıb. Aktyor baş rejissora keçmişinə baxmağı məsləhət görüb:

"Bəlkə bir keçmiş fəaliyyətinə baxasan? Mənə qarşı içkili vəziyyətdə işə gəlib təhqirlər elədin, dinmədim. Rəhbərliyə sığınırsan, əcəb eləyirsən... Amma bu qədər də özünü aşagılama. Hər halınla mən sənə dəstək olmuşam... Bir az ürəkli olmaq lazımdır".

Qeyd edək ki, YUĞ Dövlət Teatrının rejissoru Mir Sahib Agazadə işdən çıxarılıb. Rejissor onun işdən çıxarıldığını YUĞ teatrına və Vaqif İbrahimoğlu məktəbinə hörmətsizlik kimi qiymətləndirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3882   Tarix: 13 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi"

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib. Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillə

28 yanvar
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib. Sənətkar 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub

28 mart
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart