25 yaşlı qız FOTO paylaşmaqla milyonlar qazanır
25 yaşlı avstraliyalı fenomen Tammi Hembrov sosial mediadakı paylaşımlarından milyonlar qazanır.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hamiləlik şəkillərini İnstaqram-da paylaşaraq məşhurlaşan Tammi daha sonra fitneslə bağlı paylaşımlar etməyə başlayıb.
Hembrov bu kimi paylaşımlarla insanları xoşbəxt yaşamağa təşviq etmək istədiyini bildirir. O, həm də xeyli məşhurun şəxsi fitnes müəllimidir.
Hazırda 9 milyondan çox izləyicisi olan Tammi Hembrovun fotolarını yarım milyona yaxın şəxs bəyənir.
Dünyada Baxılıb: 1832 Tarix: 13 yanvar 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş