Narkotik becərilən istixana tapıldı – Azərbaycanda/FOTO

Salyan rayonunda pomidor şitillərinin arasında 1500 ədəd çətənə toxumu əkən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, əməliyyat daxili işlər orqanları tərəfindən keçirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonu Qarabağlı kənd sakinləri Elman Dadaşov, Qalib Rəhimov və paytaxt sakini Rafiq Cavadov saxlanılıb.

E.Dadaşovun həyətində olan istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi olaraq əkilən və qulluq edilən 508 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Dadaşovun qonşuluğunda olan Q.Rəhimova məxsus istixanaya da baxış keçirilib.

Oradan da eyni qayda ilə pomidor şitillərinin arasında əkilən 404 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri Maştağa qəsəbəsi sakini R.Cavadovun köməkliyi ilə 2018-ci ilin dekabr ayında satmaq niyyəti ilə əkdiklərini və onlara qulluq edərək yetişdirdiklərini bildiriblər.

Araşdırma zamanı dəstə üzvlərinin narkotik tərkibli bitkilərin tez yetişməsi üçün istixanada olan havanın temperaturunu yüksək dərəcədə saxladıqları da məlum olub.

Qeyd edək ki, saxlanılan şəxslərin yaşadıqları evə baxış zamanı E.Dadaşovdan əlavə olaraq 450, Q.Rəhimovdan isə 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri onlara məxsus istixanalara ümumilikdəm 1500 ədəd çətənə toxumu əksələr də, onlardan 912 ədədi yetişib.

Faktla bağlı Baş İdarənin əməkdaşları tərəfindən olaraq əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Narkotik becərilən istixana tapıldı – Azərbaycanda/FOTONarkotik becərilən istixana tapıldı – Azərbaycanda/FOTONarkotik becərilən istixana tapıldı – Azərbaycanda/FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2856   Tarix: 13 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021