Rusiyadan Paşinyana ÖLDÜRÜCÜ ZƏRBƏ - Koçaryan gedişi və FANTASTİK EHTİMAL

Rusiyadan Paşinyana ÖLDÜRÜCÜ ZƏRBƏ - Koçaryan gedişi və FANTASTİK EHTİMALErmənistanda cinayət məsuliyyətinə cəlb edilən keçmiş prezident Robert Koçaryanın siyasi məhbus olduğu bəyan edilib. Bu bəyanat Koçaryan ofisinin rəhbəri Viktor Soqomonyan tərəfindən verilib. Qeyd edilib ki, onun əsas tərəfdaşlarından olan Rusiya da bu bəyanatı dəstəkləyir.

Ermənistanın ekspert dairələri isə bildirir ki, Rusiya Koçaryanın həbsdə qalması təqdirində Ermənistanda gücünü sınaya bilər. Çünki bu şəxs Rusiyanın niyyətləri üçün əhəmiyyətli fiqurdur.

Məsələ ilə bağlı publika.az-a açıqlama verən siyasi şərhçi Fikrət Sadıqov qeyd edib ki, Robert Koçaryan təbii ki, siyasi məhbus deyil, cinayətkardır:

"O, ilk növbədə, Azərbaycan xalqına qarşı cinayətlər törədib. Lakin buna görə həbs edilməyib. Onun həbsinin səbəbi Nikol Paşinyanın ondan aldığı qısasdır. Vaxtilə prezident seçkilərində Paşinyana qarşı görülən tədbirlərin əvəzində Koçaryanın aldığı cavabdır. Rusiya, əlbəttə, Koçaryanı dəstəkləyir. Bunun bariz göstəricilərindən biri Paşinyanın Moskva səfəri zamanı prezident Vladimir Putinin həbsdə olan Koçaryanın doğum gününü təbrik etməsi və Yeni il münasibətilə ona məktub göndərməsidir. Düşünmürəm ki, Rusiya sadiq tərəfdaşı Koçaryana görə Ermənistana hərbi müdaxilə edə bilər. Amma Rusiyanın hərbi variantlardan başqa vasitələri var və bu təsir vasitələrindən istifadə etməsi mümkündür. Çünki Rusiyanın İrəvanda tərəfdarları az deyil. Müxtəlif ssenarilər çərçivəsində qalmaqal yaradıb təxribatlar törətmək olar. Eyni zamanda, paralel olaraq Rusiya informasiya-təbliğat təzyiqləri də göstərə bilər. Təbii ki, bu məsələlərdə böyük və zəngin təcrübə var. Artıq bəllidir ki, Rusiya Ermənistana təbii qaz satışı ilə bağlı güzəştə getmir və ona baha qiymətə satmaq niyyətindədir. Paşinyanın Moskva səfəri nəticəsində də heç bir şey əldə olunmadı. Bu da özlüyündə bir faktdır. Bu cür müxtəlif vasitələrlə təzyiq göstərmək siyasəti hələ uzun müddət davam edəcək.

Politoloq bildirib ki, Robert Koçaryanın həbsdən çıxıb Rusiyanın dəstəyi ilə Ermənistanda hakimiyyəti yenidən ələ alması yalnız ehtimal olaraq qalacaq: "Bu, ancaq ehtimal səviyyəsində irəli sürülən fikir ola bilər. Çünki hazırda Koçaryanın və Dağlıq Qarabağ klanının tərəfdarları olduqca zəifdir. Onlar parlament seçkilərində heç beş faiz belə səs toplaya bilmədilər. Xalq da onlardan doyub və bu şəxslərə nifrət edir. Çünki Ermənistanı dalana dirəyən elə Koçaryan olub. İnanmıram ki, Koçaryan və tərəfdarlarının gücü o qədər olsun ki, hazırkı hakimiyyəti devirib yenidən hakimiyyətə gəlsin. Bu, fantastik ehtimaldır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3387   Tarix: 14 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel