Prezident: İnsanları narahat edən məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz onları həll edək

Prezident: İnsanları narahat edən məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz onları həll edəkVətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir.

Sonxeber.az-ın məlumatına görə, bunu Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak edən Prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi ilə görüşündə deyib.

İlham Əliyev bildirib ki, qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirildi və bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir:

"Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək".

Prezident vurğulayıb ki, Qobustan xəstəxanasının timsalında biz inkişafda olan ölkəmizin dinamik addımlarını görürük: "Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1450   Tarix: 14 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel