Keçmiş nazir Hüseynqulu Bağırovun Bakıdakı otelləri və digər əməlləri

Keçmiş nazir Hüseynqulu Bağırovun Bakıdakı otelləri və digər əməlləriKeçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin adına olan və Avropa ölkələrini, Türkiyəni əhatə edən çoxşaxəli biznes şəbəkəsi barədə dərc edilən, sənədlərə, təkzibolunmaz dəlillərə əsaslanan araşdırmalardan sonra onun qohumu olan keçmiş həkim Abbas Zeynalov virtualaz.org-un redaksiyasına müraciət edib. Və keçmiş nazirin əməlləri barədə sensasion faktları açıqlayıb.

Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, Abbas Zeynalov özünün dediyi kimi Hüseynqulu Bağırovun illərdir ona yaşatdığı stress ucbatından onkoloji xəstəliyə düçar olub. Hazırda ölümlə mübarizə aparır və deyir ki, həkimlərin rəyinə görə ömrünün sonuna bəlkə də aylar qalıb. Amansız xəstəlik ona qalib gəlmək üzrədir.

Beləliklə, A.Zeynalov deyir ki, o Hüseynqulu Bağırovun ögey xalası oğludur və keçmiş naziri hələ uşaqlıqdan yaxşı tanıyır. "Onun adı əslində Sonqulu idi, sonralar dəyişib Hüseynqulu yazdırdı"-Zeynalov deyir.

A.Zeynalov bildirir ki, əvvəllər həkim işləyib, sonradan isə "hamı kimi" o da qərara alıb ki, biznesə başlasın. Və Hüseynqulu Bağırovun ekologiya və təbii sərvətlər naziri təyin olunmasından az sonra, təxminən 2000-ci illərin ortalarında Bakıda onun təklifi ilə otel tikintisinə başlayır.

A.Zeynalovun danışdıqlarından: "Bakı Dövlət Sirkindən bir az aşağıda, "Təzə bazar"ın yaxınlığında çoxillik ağaclardan ibarət park var idi. Orada çayxana fəaliyyət göstərirdi, əsasən "Qorotdel"İn (Bakı Baş Polis İdarəsi) əməkdaşları yığışırdı. Bir gün Sonqulu dedi ki, gəl şərik olaq, bu parkın yerində otel tikdirək. Mən təəcübləndim, dedim bəs ağaclar necə olacaq? Dedi sənlik deyil, onu mən həll edəcəm. Ona inandım, dedim nazir adamdır, yəqin boşuna söz deməz. Doğrudan da bir gecənin içində parkdakı 80-dən artıq çoxillik ağacı kəsdirdi, yox elədi. Başladım "Central Park" adlı otelin tikintisinə. Çayxananın sahibi ilə hallalaşıb pulunu verdim, yaxınlıqda yaşayan sakinlərdən narazılıq edənlər vardı. Onları da razı saldım. Haradasa 5 mərtəbəyə qədər tikmişdim ki, Sonqulu məni çağırdı. Dedi nüfuzlu adam var, bu layihədən xoşu gəlib. Ona görə də sən çəkil, işləri təhvil ver. Etiraz etmədim, dedim olsun, amma çəkdiyim xərci gərək ödəyəsən. Dedi narahat olma, nə qədər xərc çəkmisənsə ödəniləcək".

Keçmiş nazirin qohumu deyir ki, otel tikintisini müqavilə əsasında H.Bağırovun göndərdiyi başqa şirkətə təhvil verib. Amma aradan xeyli keçsə də çəkdiyi xərc (təxminən 500 min dollara yaxın) ödənilməyib. Nazir hər dəfə bir bəhanə gətirib, pulların ödəniləcəyini deyib. Nəhayət otel tikintisi tamamlanıb və günlərin birində Zeynalov obyektin yanından keçəndə H.Bağırovun oğlu Lətifi orada görüb.

"Dedim Lətif, bala, burda nə edirsən? Dedi atam bu oteli mənə verib, bura bizimdir. Heyrətə gəldim, axı Sonqulu mənə o vaxt tamam başqa şey demişdi. Zəng vurdum ki, Sonqulu, bu nə məsələdir, oteli özünə tikdirmisənsə bəs mənim pulumu niyə ödəmirsən? Kobud cavab verdi, hədələdi ki, başına oyun açdıraram, nə pul, nə filan..."-Zeynalov deyir.

Keçmiş nazirin qohumu danışır ki, Hüseynqulu Bağırovdan dəfələrlə pullarını tələb etsə də nəticəsi olmayıb. Əvəzində isə nazir onun Quba rayonunda hələ sovet dövründən fəaliyyət göstərən "Orman" adlı mövsümi istirahət mərkəzini yerlə bir etdirib.

"Bir gecənin içində sökdülər, dedilər guya qanunsuz imiş. Hansı ki, obyektin hələ sovet hökumətinin dövründən qanuni icazəsi , bütün sənədləri var idi. Amma Hüseynqulu Bağırovun göstərişi ilə heç bir məhkəmə qərarı olmadan 2016-cı ildə sökdülər"-Zeynalov bildirir.

Bu da yetməyib, H.Bağırov öz qohumunun barəsində hansısa qurama ittihamla cinayət işi də açdırıb. Həmin cinayət işi üzrə Zeynalovu həbs etməsələr də xeyli get-gələ salıblar. Proses Bağırov nazir vəzifəsindən azad edilənə qədər davam edib.

"Azərbaycanda Sonqulu kimi korrupsioner, tamahkar və hiyləgər ikinci məmur tanımıram. Onun əməllərinin üzə çıxmasını illərdir gözləyirdim. Axırda haqq yerini tapdı. Avropadakı, Türkiyədəki biznesi üzə çıxdı. Mən deyərdim ki, açıqladığınız bu faktlar hələ aysbergin görünən tərəfidir"-Zeynalov deyir.

O bildirir ki, Bağırovlar ailəsinin Avropadakı və Türkiyədəki çoxsaylı şirkətlərində payçı kimi adı keçən Liana Bağırova keçmiş nazirin arvadıdır. Və Hüseynqulu Bağırovun biznes imperiyasını idarə edən əsas fiqurdur. Keçmiş nazirin bacısı, onun ailə biznes imperiyasına daxil olan Qərb Universitetinin vitse-prezidenti statusunu daşıyan Duriyyə Nuriyeva isə Zeynalovun dediyi kimi "adi, biznesdən-filandan başı çıxmayan" qadındır. Sadəcə keçmiş nazirin korrupsiya sxemlərinə alət edilib.

"Həmin "Central Park Baku" otelindən başqa İçərişəhərdəki "Old City İnn" oteli də Hüseynqulu Bağırovundur, oğlunun adına açdığı şirkət tərəfindən idarə olunur. Çoxsaylı başqa obyektləri, villaları da öz yerində. Təkcə bir məlumatı deyim ki, Hüseynqulu "Şahdağ" dövlət qoruğu ərazisində malikanə tikdirmək üçün "Sədərək Yusifə" ("Sədərək" Ticarət Mərkəzinin sahibi) yeri 1 milyon manata satmışdı. Hansı ki, o əraziyə daxil olmaq belə qadağandır. Qoy gedib araşdırsınlar ki, dövlət qoruğunun ərazisində malikanəni hansı əsasla, icazə ilə tikiblər"-Abbas Zeynalov deyir.

Zeynalov qohumunun əməlləri barədə çox danışdı və onun danışdıqlarının bir qismi ailə məlumatlarına aid edildiyindən dərc etmədik. Hərçənd bu məlumatların bir çoxunun arxasında cinayət izləri görünürdü...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3336   Tarix: 14 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart