Arvadı cinsi tələbini qarşılamadı deyə... - Azərbaycanda ərdən uşağının yanında DƏHŞƏTLİ ƏMƏL

Arvadı cinsi tələbini qarşılamadı deyə... - Azərbaycanda ərdən uşağının yanında DƏHŞƏTLİ ƏMƏLXırdalan şəhərində arvadını öldürməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1969-cu il təvəllüdlü Samir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Samir Məmmədov 17 may 2016-cı il tarixdə, saat 18.00-da paytaxtın Nizami rayonu, E.Süleymanov küçəsində yaşayan böyük bacısı Elmiraya əvvəllər borc verdiyi pulu almaqdan ötrü onların evinə gedib.

Gecə yarıya kimi qonaqlıq

Samir Məmmədov orada yeznəsi Əlimərdan ilə birlikdə spirtli içki qəbul edib, gecə yarıya kimi onlarda oturub. Təxminən mayın 18-nə keçən gecə, saat 01.00-da evə gəlib. Sərxoş vəziyyətdə olan Samir Xırdalan şəhərindəki evinə daxil olub. Evdə onu arvadı Sahibə qarşılayıb.

Bu zaman Sahibə Samir Məmmədovu söyüb, təhqir edib. Əvvəllər də Sahibə onunla mübahisə edib. Bu dəfə də Sahibə ərini sərxoşluq etməkdə, pul qazana bilmədiyinə, hətta yaşadıqları evi belə təmir edə bilmədiyinə görə günahlandırıb.

Ər-arvadın intim mübahisəsi

Arvadının tənbehlərindən bezən Samir Məmmədov ondan qisas alaraq öldürmək qərarına gəlib. Son zamanlar Samir Məmmədov bir arvad kimi onun cinsi tələblərini ödəməkdən imtina etdiyinə görə aralarında yaranmış mübahisə zamanı əsəbiləşib.

Qanlı dava və oğlunun yardımı

Bu səbəbdən o, gecəyarısı arvadını öldürmək məqsədilə mətbəxdən götürdüyü bıçaqla onun boyun-boğaz nahiyəsinə çoxsaylı zərbələr vurub. Qadın qan içində qışqıraraq ərinə onu öldürməməsi barədə yalvarmağa başlayıb.

Bu zaman səs-küyə yan otaqda yatmış övladları İnam oyanaraq həmin yerə gəlib. O, anasını atasının əlindən almağa cəhd edib. Samir oğlunu itələyərək, onun gözləri qarşısında yenidən arvadına çoxsaylı zərbələr vurub.

Qadın ölümdən necə xilas edildi?

Yenidən İnamın atasına göstərdiyi aktiv müqavimətdən sonra anasını onun əlindən alıb. İnam qan içində olan anasını təcili olaraq Kliniki Tibbi Mərkəzə aparıb. Orada vaxtında göstərilən ixtisaslı tibbi yardım nəticəsində Sahibənin həyatını xilas etmək mümkün olub.

11 il 3 ay cəza

İstintaq orqanı tərəfindən Samir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Samir Məmmədovun barəsində olan hökmün ləğv edilməsini, ona ağır cəza verilməsini istəyib.

Prokurordan etiraz

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunmayıb.

Bundan sonra prokuror eyni tələblə kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb. Bu yaxınlarda açıqlanan qərarda göstərilib ki, təqsirləndirilən Samir Məmmədovun cəzasının ağırlaşdırılması üçün heç bir əsas yoxdur.

Bu səbəbdən prokurorun kasasiya protesti də təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4904   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Bakıda gənc oğlan sübh tezdən özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində Südçülük Sovxozu deyilən ərazidə baş verib. 28 yaşlı Tağıyev Turqut Rafiq oğlu səhər saat 7 radələrində yaşadığı evdə özünü asıb. İntiharın səbəbi isə məlum deyil. Araşdırma aparılır

13 aprel
.

Gəncədə bazarda yanğın olub

Gəncədə bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, bazar ərazisində ümumi sahəsi 150 kvadratmetr olan talvarın taxta atmaları 25 kvadratmetr sahədə, piştaxta 40 kvadratmetr sahədə və üç ədəd soyuducu qismən yanıb. Bazarın qala

14 aprel
.

Oğuzda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a məlumat verilib. Bildirilib ki, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıblar. Onlardan narkoti

14 aprel
.

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -a bildirilib. Vurğulanıb ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub

13 aprel
.

Bakı-Qazax şosesində zəncirvari qəza: Xəsarət alanlar var

Bakının Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Bakı-Qazax şosesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nadir Habil oğlu Nağıyev və 22 yaşlı Sadiq Eduard oğl

14 aprel
.

Kürdə suyun səviyyəsi artıb

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb. "Report"un Aran bürosunun məlimatına görə, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib. Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb

14 aprel
.

Xankəndi şəhərində silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən -a məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən doqquz ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, dörd qumbara, bir fişən

13 aprel
.

Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində "Mercedes" markalı iki avtomobillə "Ford" markalı yük maşını toqquşub. Nəticədə, "Mersedes"lərdən birinin sürücüsü, İmişl

13 aprel