ABŞ istəyir ki, Türkiyə bu ölkə ilə MÜHARİBƏYƏ GİRSİN - Ekspert HƏR ŞEYİ AÇDI

ABŞ istəyir ki, Türkiyə bu ölkə ilə MÜHARİBƏYƏ GİRSİN - Ekspert HƏR ŞEYİ AÇDI"Kürdlərə hücum edilməsi təqdirində Türkiyə iqtisadiyyatının ABŞ tərəfindən batırılması, kürdlərin də Türkiyəni təxribata cəlb etməməsi, 32 km-lik təhlükəsizlik bölgəsinin yaradılması ABŞ prezidentini gecə yarısı Ankara yuxusundan oyadan təhdid tərkibli ana ünsürlərdir".

Sonxeber.az. publika.az xəbər verir ki, bu sözləri "Xəbər7" qəzetinin yazarı, siyasi ekspert Mehmet Acet qeyd edib.

ABŞ prezidenti Donald Trampın Türkiyə ilə bağlı dediyi "Suriyadakı kürdlərə hücum edilərsə, biz də Türkiyə iqtisadiyyatını vuracağıq" sözlərindən sonra iki ölkə arasında gərginliyin yenidən pik həddə çatması məsələsini qələmə alan yazar bildirib ki, Vaşinqtonda "türklərin qarşısını necə ala bilərik" sualına cavab axtarılır:
"Vaşinqtonda "türkləri necə əngəlləyə bilərik" sualının və təlaşının dirəndiyi yer bura oldu. Yəni iqtisadiyyat kartından istifadə edərək böhran çubuğu ilə Türkiyənin Fəratın şərqindəki PKK/YPG terror təşkilatlarına qarşı hərəkətə keçməsinin qarşısını almaq üçün istifadə olunan təhdid dili.

Türkiyənin qarşısını almaq üçün ikinci bir vasitə olmadığını düşündüklərindən dolayı bu qədər tez, diplomatiya dilini kənara qoyaraq sərgilədikləri dil budur. Ankara isə bu təhdidlər qarşısında üslubunu pozmadı və səbrili davrandı. Trampa hədəfimizin kürdlər deyil, terror qruplaşmaları olduğu bir daha xatırladıldı.

Lakin Trampın yazdığı tvitdə Türkiyənin təhdid etməsindən başqa tövsiyə olaraq gündəmə gətirdiyi ikinci mövzu da var: "Təhlükəsiz bölgə yaratmaq" axtarışları.

Qarşımıza qoyulan sual budur: Fəratın şərqində 32 km-lik bir təhlükəsizlik bölgəsi qurmaq fikrinin pərdəarxasında nə dayanır? Amerikalılar prezident vasitəsilə bu tələbi üzə çıxardıqlarına görə bu mövzunun qarşıdakı günlərdə ciddi şəkildə gündəmi zəbt edəcəyi ortadadır. Bəs Trampın nəzərdə tutduğu bölgə yaradılsa, necə olacaq? Daha doğrusu, ABŞ necə bir bölgə istəyir?

Öncəliklə, əvvəlki illərə müraciət edək. Təhlükəsizlik bölgəsi yeni məsələ deyil. 2016-cı ildə ABŞ Türkiyəyə bənzər bir təklif vermişdi. Lakin bu bölgənin Ankaranın deyil, ABŞ-ın qurması nəzərdə tutulmuşdu. Bu səbəbdən də təklif rədd edilmişdi. Trampın yeni təklifi də məhz bu bənzərliyi daşıyır ki, bölgə yenə də Türkiyənin nəzarətinə verilməyəcək. Daha dəqiq desək, Vaşinqton Türkiyə Silahlı Qüvvələrinin sərhədin 1 metr o tərəfinə belə keçməsini istəmir.

Pompeonun ziyarətləri...

ABŞ-ın dövlət katibi Maykl Pompeonun 8 ərəb ölkəsinə səfərindən alınan siqnallara baxsaq, Vaşinqtonun bu bölgədə istifadə etməsi üçün "ərəb sülh qüvvəsi" yaratmağa çalışdığını görərik.

Yəni Türkiyənin girməsini istədiyi (əgər mümkün olsa) yerlərə ərəb ölkələrindən qurulan birliklər yerləşdiriləcək və ABŞ məntiqinə görə, bu birliklər Türkiyə ilə YPG arasında "Təhlükəsizlik bölgəsi" yaradacaq. Ssenari təxminən belədir.

Bu, yeni bir ssenari olduğu üçün Ankaranın mövqeyi hələ ki, bəlli deyil. Lakin hər vəziyyətdə Türkiyənin bölgəyə dair planlarından vaz keçməyəcəyi məsələsi də konkretdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2545   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:. "Möhtərəm Mehriban xanım,. Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətil

22 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO

Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid

19 mart