Bakıda saxta qəbzlərlə pul yığılır: "Bunu edənlər BŞİH-nin keçmiş əməkdaşlarıdır" - VİDEO - FOTO

Bakıda saxta qəbzlərlə pul yığılır: "Bunu edənlər BŞİH-nin keçmiş əməkdaşlarıdır" - VİDEO - FOTOBakıda parklanma yerlərində qeyri-qanuni olaraq sürücülərdən pul alınır. Bu ilin aprel ayından Bakıda parkomatlar ləğv edilsə də, qanunsuz fəaliyyət göstərilir. Ticarət mərkəzlərinin qarşısında, yolların kənarlarında, hətta binaların bir addımlığında belə, pul yığırlar.

Parkomatlara nəzarət edənlərin çoxu Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin keçmiş əməkdaşlarıdır. Yeni qaydalar görə isə dayanacaq ödənişləri Bakı Nəqliyyat Agentliyinin balansına veriləcək və hazırda təhvil-təslim işləri aparılır.
Sonxeber.az xəbər verir ki, BNA-nin mətbuat katibi Mais Ağayev musavat.com-a açıqlamasında bunu təsdiqlədi: "Hazırda parklanma yerlərinin idarə olunması ilə bağlı müvafiq qurumla təhvil-təslim işləri gedir. Qısa zamanda bu işlərin artıq yekunlaşması planlaşdırılır. Bundan sonra BNA bu sahədə tam yeni avtomatlaşdırılmış sistemə əsaslanan mexanizimlər tətbiq etməyi düşünür".

Belə nəticəyə gəlmək olar ki, hazırda parklanmaya görə tələb olunan bütün ödənişlər təhvil-təslim müddətinə kimi dondurulub, alınan ödənişlərin isə heç bir qanuni əsası yoxdur. Yığılan vəsaitlər kimlərinsə cibinə gedir. Yəni təhvil-təslim işləri aparılana kimi parklanmaya görə alınan ödənişlər qanunsuz hesab olunur.

Musavat.com-un əməkdaşı paytaxt ərazisində bir neçə parklama yerlərinə də baş çəkib.

Nizami rayonu ərazisində apardığımız müşahidə zamanı bir çox yerlərdə parkomatların yığışdırıldığının şahidi olduq. Öyrəndik ki, paytaxtın bir çox yerlərində də parkomatların yığışdırılması prosesinə başlanılıb, yeni aparatların quraşdırılması gözlənilir. Nəzarətçilərin dediyinə görə, guya əvvəlki parklanma aparatlarını saxlamaq baha başa gəlir. Beləliklə, dövlətin milyonlarla vəsaiti hesabına alınan aparatları kənara atıb, təzə avadanlıq almaq qərarına gəliblər.

Sürücülərdən hər saat üçün 50 qəpikdən, 2 manata qədər ödəniş tələb edilir. Bunun qarşılığında isə qəbz verilmir. Misal üçün, Nəsimi rayonu ərazində yerləşən "Təzə bazar"ın qarşısında avtomobilin parkı üçün 1 manat, "Oazis" restoranının qarşısındakı dayancaqda isə 2 manat tələb edilir. Yəni vətəndaş avtomobilinin 3-4 saatlıq parkı üçün 4-5 manat ödəməlidir. Tələb olunan ödənişi vermədikdə "qoluzorlular"ın təzyiqi ilə qarşılaşırsan. Bu səbəbdən də "Oazis" restoranının qarşısında dəfərlə nəzarətçilərlə qonaqlar arasında mübahisələr yaşanıb. Bir sözlə, özbaşınalıq... Bakıda dayanacaq nəzarətçiləri ləğv olunan post terminallarla istədikləri məbləği yazırlar. Üstəlik "qəbz" də verirlər. Sürücülər 1 manatın qarşılığında "0" manat ödəniş qeyd edilən qəbz alırlar. Qəbzdə ödənişin yazılmama səbəbini soruşduqda isə mübahisə edirlər. BŞİH-nin icazəsini əsas gətirərək, özlərinə haqq qazandırırlar.

ggdgdgdg.jpg (62 KB)

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Musavat.com-a açıqlamasında bildirdi ki, nəzarətçilərə edilən ödənişlər dövlət büdcəsinə deyil, ciblərə gedir: "Hazırda Bakı şəhərində dövlət tərəfindən nəzarət olunan parkomatlarda ödənişlər yığılmır. Çünki hələlik bu sistem mövcud deyil. Bakı Nəqliyyat Agentliyi bu sistemi yeni parkomatlar quraşdırdıqdan sonra fəaliyyətə başlayacaq. Həmin aparatlar Baş Dövlət Yol Polisinin mərkəzi məlumat sisteminə inteqrasiya olunmalıdır. Siz ödəniş etdikdə, məlumat bazaya ötürülür ki, misal üçün, hər hansı nəqliyyat vasitəsi bir saatlıq dayanacaqda qalacaq. Əgər bir saatdan artıq vaxt keçərsə, artıq sizin barənizdə elektron protokol tərtib olunur. Ödəniş etmədən və yaxud da düzgün park etmədiyinizə görə də bu protokol tərtib oluna bilər. 24 saatlıq parklanmaya görə isə nəqliyyat vasitəsi cərimə meydançasına aparılır. Yeni sistem, belə bir sistem olmalıdır. Bu məsələlər hələ ki, müzakirə olunur.

Hazırda Bakıda parkomatlardan pul yığanların əksəriyyəti Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır. Keçmiş əməkdaşları desək, daha doğru olar. Çünki əvvəllər BŞİH-nin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları nəzarət edirdilər. Onların səlahiyyətləri yay ayından alınaraq, Bakı Nəqliyyat Agentliyinə verilib. BNA dəfələrlə bəyan edib ki, səlahiyyət onlara verilsə də, təhvil-təslim prosesi başa çatmayıb. Onlar parkomat ərazilərini tam təhvil götürməyiblər. Ona görə də yığılan ödənişlərin BNA agenliyinə də heç bir aidiyyəti yoxdur. Yəni, sürücülər ödənişləri qanunsuz fəaliyyət göstərən adamlara verirlər. Bu pullar kimlərinsə cibinə gedir.

Bəzən inandırıcı olsun deyə, əllərindəki terminalları göstərən şəxslər sizə qəbzlər təqdim edirlər. Qəbzlərə diqqət etsəniz, sıfır məbləğ göstərildiyinin şahidi olarsınız. Bu qəbzlər qanunsuzdur, heç bir yerdə qeydiyyatda deyil. Dövlətə heç bir aidiyyəti yoxdur".

E.Muradlı bildirdi ki, yeraltı dayanacaqlarda ödənişin tələb olunması qanunidir: "Yeraltı dayanacaqlarda vəziyyət fərqlidir. Həmin parklama yerlərində mütləq ödəniş olunmalıdır. Onların verdikləri qəbz və qurduqları sistem qanunidir. Amma düşünürəm ki, bu parklama yerlərində də qiymətlərə yenidən baxılmalıdır. Ümumiyyətlə Bakıda bu cür yerlər çox azdır. Buna bir daha baxılmalıdır. Bəzi yerlərdə dayanma-durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb. Hazırda parklanma qiyməti çox bahadır. Özəl parklama yerlərində, deyək ki, "Park bulvar"da, və yaxud "Gənclik Mall"ın ərazisindəki dayancaqlar istisnadır. Bunlar özəldir və qiymətləri özləri tənzimləyirlər. Lakin onlar da əhalini düşünüb, normal qiymətlər təklif eləsələr, yaxşı olardı. Daha çox müştəri cəlb edərlər".

Onu da qeyd edək ki, tıxac probleminin həlli və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün Bakıda 500-dən çox parkomat qurulub. Bu ödəmə aparatlarının hər birinin alınmasına, gətirilməsinə və küçələrdə yerləşdirilməsinə dövlət büdcəsindən kifayət qədər pul və resurs xərclənib. Paytaxtın 60-dan çox küçə və prospektinə parkomatlar düzülüb, onlardan bəziləri isə lazım olmayan yerlərdə quraşdırılıb. Daha sonra müəyyən edilib ki, artıq parkomatlara ehtiyac yoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1299   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel