Vaxt Nikolu uçuruma aparır - Ermənilər ÇÖRƏK TƏLƏB EDİR

Vaxt Nikolu uçuruma aparır - Ermənilər ÇÖRƏK TƏLƏB EDİRVaxt Nikol Paşinyanın əleyhinə işləyir və bundan sonra o, vədlərin yerinə yetirilməsi vaxtının çatdığı faktı ilə üz-üzə qalacaq.

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Sarqis Artsruni yazıb.

Son səkkiz ayda Paşinyanın iki dəfə baş nazir təyin edildiyini xatırladan erməni şərhçi qeyd edir ki, birinci təyinatla ikincinin arasında əhəmiyyətli fərq var: "Paşinyan ilk dəfə baş nazir olanda kriminal oliqarxiyanın öhdəsindən gəlməli, köhnə sistemi dağıtmalı, digər tərəfdən əvvəlki parlamenti dəyişdirməli idi. Baş nazirliyinin birinci dövründə vaxt Nikol Paşinyanın lehinə işləyirdi, çünki inqilab və köhnə sistem arasında qarşıdurma dövrü idi, xüsusilə "ağlar" və "qaralar" bölgüsü cəmiyyətin ona dəstəyini təmin edirdi. İnqilabın nəticələrinin təsis edilməsi mərhələsində cəmiyyət hökumətin qarşısına iqtisadi inkişaf, yaxud islahatlar qoymurdu. Cəmiyyət üçün korrupsiyanın və iyirmi illik hakimiyyət-kriminal oliqarxiyanın qanlı cinayətlərinin ifşası əsas meyar idi. Başqa sözlə, son 8 ayda cəmiyyətin dəstəyini almaq üçün kifayət qədər əsas var idi. Təsadüfi deyil ki, İrəvan Ağsaqqallar Şurası və parlament seçkilərində "ağlar" və "qaralar" seçimi Nikol Paşinyanın "Mənim addımım" blokunun qələbələrini təmin etdi".

Erməni şərhçi qeyd edir ki, 9 dekabrda parlament seçkiləri siyasi səhnədə dönüş nöqtəsi oldu.

"Çünki köhnə sistem ləğv edilmişdi və bundan sonra vaxt Paşinyan və onun hökumətinə qarşı işləyir. Artıq "qaralar" siyasi amil deyillər və onlara qarşı mübarizə "inqilab komandasına" dividendlər gətirməyəcək. Bundan sonra cəmiyyəti səs-küylü həbslər, yaxud ifşalarla birləşdirmək mümkün olmayacaq. Bundan sonra cəmiyyətin çörəklə təminatı mərhələsi başlayır. Cəmiyyət hökumətdən konkret nəticələr gözəyir, həyat səviyyəsinin yüksəlməsini, iqtisadi inkişafı istəyir. Lakin buna nail olmaq mümkün olacaqmı?!", - deyə erməni şərhçi qeyd edib.

S.Artsruni Paşinyanın indiyə qədər kadr siyasəti yürüdə bilmədiyini və bunun yeni hakimiyyət üçün "axilles dabanı" olduğunu diqqətə çatdırıb: "Ötən müddət ərzində Paşinyan effektiv sistem yarada bilmədi, ümumiyyətlə, hakimiyyətin gələcək planları aydın deyil. Parlament seçkiləri hakimiyyətə qanunauyğunluğu bəxş etdi, lakin siyasi keyfiyyət yoxdur. Dünəndən etibarən vaxt Paşinyanın əleyhinə işləyir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1910   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021