Deputat Tahir Kərimlidən daha bir TƏKLİF: Ədavət və nifrət hisslərindən imtina edilməli...

Deputat Tahir Kərimlidən daha bir TƏKLİF: Ədavət və nifrət hisslərindən imtina edilməli..."Bu gün qloballaşma vahid din, ideya, mədəniyyət, idarəetmə sistemi kimi bütün dünya ölkələrini qapsamışdır. Müəyyən müsbət cəhətlərini inkar etmədən, getdikcə daha çox dərəcədə millətlərin və xalqların özünəməxsusluğu itməkdədir. Dünyanı idarə edənlər öncələr beynəlxalq dünya təşkilatları - BMT, UNECKO, Dünya Bankı və digərlərini yaratmaqla öz dünya hakimiyyətlərini həyata keçirirdilərsə, indi bunu daha çox təsir imkanlarına malik olan internet, vahid valyuta vasitəsi ilə edirlər. Qloballaşma bütün millətlərin, xalqların və dövlətlərin tək maddi sərvətlərini deyil, həm də mənəvi zənginliklərini sümürgələməkdədir. Qloballaşma "Xortum qasırğası" tək bütün milli varlıqları məhv edərək, içinə sovurur".

Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli deyib.

Deputat bildirib ki, bu gün demək olar ki, bütün cəmiyyətlərdə özünü itirmə, dəngəsizlik, ideyasızlıq və pərakəndəlik hökm sürməkdədir:

"Millətlər istər-istəməz qloballaşmanın əsarətini qəbul ediblər. Sevgi və inam hissləri itməkdə, nifrət və bayağılıq artmaqdadır. Bu hallar Azərbaycandan da yan keçməyib. Ölkəmizdə insanlar daha çox dərəcədə müxtəlif ideoloji cərəyanların içinə düşüb çırpınmaqla, bataqlığa düşən insan kimi daha dərinə enməkdədirlər. Mənəvi aşınma Domokl qılıncı kimi başımızın üstünü kəsdirmiş, deqredasiya və degenerasiya prosesini gücləndirib. Bu bizim bütün sahələrdə milli problemlərimizin həllində vahid milli gücə çevrilməmizə mane olmaqdadır. Tarixən özünü itirmiş cəmiyyətlərdə toparlayıcı ideya və ya dövlət qurluşunu dəyişdirəcək hadisələr (müharibə, təcavüz) vasitəsi ilə böhrandan çıxılmasına cəhdlər edilib. Bu mənada "nə etməli", "nədən başlamalı" sualları aktuallıq kəsb edir. Bu sahədə on illərlə keçirdiyim həyəcan və düşüncələrimin təmərküzləşmiş nəticəsi olaraq milli özünüdərk prosesinin ictimai xarakter alması qənaətində və diləyindəyəm. Milli xarakteri bəlli xalqlar iqtisadi, siyasi, mənəvi və müdafiə sayəsində (avtonom da olsalar) vahid güc nümayiş etdirmək qabiliyyətində olurlar. Buna çox saylı misallar gətirmək olar. Düşünürəm ki, qlobal güclər və başqa millətlər qarşısında bayağı, estetik və texniki cazibədarlıq nəticəsində heyranlıq müstəvisinə perpendikulyar milli özünə tapınma oxunu möhkəmləndirməliyik".

Tahir Kərimli deyib ki, Azərbaycanda problemlərin həlli istiqamətində atılan birinci addım kimi ədavət və nifrət hisslərindən imtina edilməli, sevgi və inam harmoniyasını yaratmaqla mədəni, məişət və bütün sahələrdə ana dilinin müqəddəs zəmini əsasında milli düşüncəmizi kamilcəsinə inkişaf etdirərək, doğma iç dünyamızın tükənməz qaynağından faydalanmaqla fikirdə, dildə və əməldə milli keyfiyətlərimizi inkişaf etdirməyi lazım bilir:

"ÖZÜMÜZƏ OXŞAYAQ" hərəkatına başlamaq milli özünəqayıdış, milli kimlik, özünüdərk və bu bünövrədə milli xarakterin tam formalaşdırılması prosesidir. Təsadüfi deyil ki, bunun üçün yeni doğulan uşaqlarımıza milli adlar qoyulmasından başlanılmasını təklif edirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1361   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel