Bankda əmanəti olanlar üçün VACİB XƏBƏR

Bankda əmanəti olanlar üçün VACİB XƏBƏRAzərbaycanda əmanətlərin tam sığortalanmasının vaxtı 4 mart 2019-cu ildə bitir.

Bu barədə yazan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov xatırladıb ki, göstərilən tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur: "Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil.

Bu sistemin cəmi 50 günlük ömrü qalıb. Bu tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?

"Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2019-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30 000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.

Məlum olduğu kimi, ölkə başçısı tərəfindən 2016-cı ilin dekabr ayında təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməli idi. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalı idi.

Lakin Palata digər vəzifələrinin icrasında olduğu kimi bu işin də öhdəsindən gəlmədi, prosesi bitirə bilmədi. Deməli, problemli bankların bağlanması bu ilə qaldı. Bu isə o deməkdir ki, əmanətlərin tam sığortalanmasının müddətinin uzadılmadığı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30 000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq həmin məbləğdən çox olan hissəni itirəcəklər".

Ə. Həsənov qeyd edib ki, vəziyyətdən hali olan bəzi əmanətçilər artıq ötən ilin payız aylarından başlayaraq banklardan əmanətlərini geri götürməyə başlayıb: "Belə ki, əgər 1 oktyabr tarixinə banklarda 8,1991 mlrd. manat əmanət var idisə, 1 noyabrda 8,14 mlrd. manat, 1 dekabrda isə 8,0735 mlrd. manat qalmışdı. Yəni təkcə 2 ay ərzində banklardan 125,6 mln. manat çıxarılıb. Digər əmanətçilər vəsaitlərini daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklara yerləşdirməyə üstünlük verir. Həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır, bu da onların daha təhlükəsiz olmasından irəli gəlir. Bəziləri sadəcə əmanətlərinin məbləğini bölüşdürür. Yəni elə edirlər ki, bir nəfərin adına bir bankda 30 000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölürlər (hər bankda maksimum 30 000 manat), ya da bir bankda qohumları arasında bölürlər (hər qohumun adına maksimum 30 000 manat). Əlbəttə, istisna deyil ki, son anda əmanətlərin tam sığortalanmasının müddəti uzadılacaq. Lakin getdikcə bu ehtimal azalır. Bu istək varsa, bunu mümkün qədər tez etmək lazımdır ki, əmanətçilər sakitləşsin. Buna görə də böyük ehtimalla ya hələlik yekun qərar yoxdur, ya da əmanətlərin tam sığortalanması sisteminin ləğvi qərara alınıb".

Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, "Əmanətlərin tam sığortalanması haqqında" 2016-ci ildə Milli Məclisdə müzakirə edildikdən sonra prezident tərəfindən imzalanaraq qüvvəyə minib. Məlumdur ki, qanunun qüvvədə olma müddəti 2019-cu ilin 4 martında bitir. Bu qanun qüvvədən düşdükdən sonra əmanətlərin sığortalanması məsələsi "Əmanətlərin sığortalanması haqqında" qanunla tənzimlənəcək. Ancaq bir məsələni vurğulamaq lazımdır ki, əmanətlərin sığortalanması məsələsi hökumətin ciddi nəzarəti altındadır".

Məsələ ilə bağlı Milli Məclis üzvlərinə də müraciət edilib. Məlumdur ki, parlament payız tətilindən bu gün qayıdıb. Bir qədər sonra Milli Məclisin komitələrinin iclası başlayacaq. Bu zaman yaz sessiyasında hansı qanunlara dəyişikliklərin ediləcəyi məsələsi bilinəcək.

Mənbə: Qafqazinfo.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4666   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021