Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİN) tabeliyində olan bağçalara xəbərdarlıq edib.
"Report" xəbər verir ki, bu barədə İdarənin BŞİH-in tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları) rəhbərliklərinə ünvanladığı telefonoqramda deyilir.
Telefonorqramda havanın temperaturunun 10 dərəcə aşağı düşəcəyi və güclü küləyin əsəcəyi proqnozlaşdırılan 17 yanvar tarixində uşaqların bağçalara gətirilməməsi tövsiyə olunur:
"Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 20-25 m/s, arabir 30-35 m/s, yarımadanın bəzi yerlərində arabir 40 m/s-dək şiddətlənəcəyi gözlənilir.
Havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Yağıntının sulu qara, qara keçəcəyi, 17-dən 18-nə keçən gecə şəhərətrafı ərazilərin buz bağlama ehtimalı var.
Qeyd olunanlarla əlaqədar olaraq uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin tarixdə onların bağçaya gətirilməsi tövsiyə olunmur".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3759 Tarix: 16 yanvar 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDeputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Əlisəfazadə Anar Əlisəfa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olaraq məhkəməyə müraciət edib. xəbər verir ki, Vergi Xidmətinin müraciəti Bakı Kommersiya Məhkəməsinin hakim
17 aprelAzyaşlılarda bu xəstəliklər artıb
"Azərbaycanda 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 min 54 nəfərdir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetik
17 aprelÇingiz Abdullayev evə buraxıldı - Fotolar
Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal
17 aprelHesablama Palatası nazirlikdə yoxlamalar aparır
Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparır. "Report"un yerli bürosu xəbər verir ki, yoxlamalar 2023-cü ilin maliyyə vəsaiti və dövlət əmlakı istifadəsinin auditi üzrə aparılır
17 aprel"Bu gün Ermənistan Naxçıvana quru yolun açılmasına maneə törədir" - DEPUTAT
"Azərbaycanın kəndlərini 90-cı illərdə işğal edən, əhalisini soyqırıma məruz qoyan, tarixi abidələrini, mədəni irsini darmadağın edən Ermənistan cinayətlərini ört-basdır etməkdən, Qazaxın işğal altında olan kəndlərini qaytarmamaqdan ötrü bəhanələr uydurur". Bunu -a danışan deputat Müşfiq Cəfəro
17 aprel"WhatsApp"da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO
"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. -in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencer
17 aprel