"AzTV-ni şəxsi bostanına çevirmişdi, İTV-ni də bir az bostana çevirdi"

"AzTV-ni şəxsi bostanına çevirmişdi, İTV-ni də bir az bostana çevirdi""Azərbaycan Dövlət Televiziyasına (AzTV) əlavə vəsaitin ayrılmasının mənası yoxdur, çünki İctimai Televiziya (İTV) fəaliyyət göstərir. İTV, həmçinin digər bütün telekanallar onsuz da dövlətin siyasətini təbliğ edir". Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda dövlət televiziyasına ehtiyacın olub-olmaması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, xüsusən İTV modelində yeni vahid telekanalın yaradılması vacibdir: "Bu istiqamətdə düşünmək və islahatlar aparmaq lazımdır. AzTV-də işləyən jurnalistlər və s. məsələlər də nəzərə alınmalıdır. Bir çox ölkədə rəsmi televiziya kanalı fəaliyyət göstərir. Məsələn, Türkiyədə TRT nümunəsini göstərmək olar. Amma bunlar daha geniş məkan üçün nəzərdə tutulan, auditoriyası geniş olan telekanallardır. Bizdə də bu istiqamətdə düşünmək olar".

Arif Alışanovun AzTV-nin sədri vəzifəsindən çıxarılması məsələsinə gəlincə, millət vəkili əmin olduğunu bildirib ki, bütövlükdə bundan sonra AzTV-də dünya görüşü, düşüncə tərzi baxımından A.Alışanov kimi tipajda adam olmayacaq: "O həm də Milli Məclisə qarşı ən böyük hörmətsizliyi göstərirdi. Milli Məclisin iclaslarında gedən müzakirələri telekanalda təqdim etməyi özünün borcu kimi baxmırdı. AzTV-ni şəxsi bostanına çevirmişdi, İTV-ni də bir az bostana çevirdi. Cəmil Quliyev İTV-nin sədri təyin ediləndən sonra onu da qoymadı işləməyə. Oranı da çevirdi ancaq pul yığmaq vasitəsinə. Buna görə də bu telekanalların reytinqini, baxımlılığını çox aşağı saldı".

F. Mustafa əlavə edib: "Ümid edək ki, heç olmasa bundan sonra normal və yeni dünya görüşünə və düşüncəyə sahib insanların bura təyin olunması baş verəcək. AzTV-nin sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədov gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəlidir, uzun müddət müxtəlif televiziyalarda verilişlər aparıb. Bütün hallarda Arif Alışanovdan daha müsbət imic təqdim edəcək".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2764   Tarix: 16 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri

15 aprel
.

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

"Formula 1"ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktın

15 aprel
.

Bakıda ŞOK: Binanın girişində azyaşlıya qarşı əxlaqsızlıq -VİDEO

Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb

15 aprel
.

Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi

Azərbaycanın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Hacı Əliyevin səhhətində yaranan nasazlıqla bağlı məsələyə aydınlıq gəlib. Bu barədə İdman.biz saytına üçqat dünya və dördqat Avropa çempionunun özü məlumat verib. Əliyev bildirib ki, hazırda gözünə düşən mikrobla bağlı müalic

15 aprel
.

Kolleclərə sənəd qəbulu başa çatır

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-da başa çatır. Bu barədə -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet. internet səhifəsində "Şəxsi cabinet"

15 aprel
.

Qarabağı tərk edən ermənilər GERİ QAYIDIR? - AÇIQLAMA

Ermənistan müvafiq iddialar ilə Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Belə ki, Ermənistan regionu tərk edən ermənilərin Qarabağa geri qaytarılmasını və həmin ermənilərin özlərinə tabe olmasını istəyirlər. Bununla yanaşı regionu tərk edən ermənilərin qayıtmayacaqları təqdirdə Azərbaycanda

15 aprel
.

Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı - "Çoxu məni qınayır"

ANS telekanalının məşhur aparıcısı Natiq Nailəoğlu qadın imzası daşımasına aydınlıq gətirib. -a istinadən bildirir ki, aparıcı bununla bağlı danışıb. Heç nəyə baxmayaraq, bu imzanı ömrü boyu daşıyacağını deyib:. "Nailəoğlu" imzasına görə, çoxları məni qınayır. İmzam insanlarda fərqli fikirlə

15 aprel
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15 aprel
.

Sabah 27 dərəcə isti olacaq

Aprelin 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 isti, gündüz 18-2

15 aprel