Sabah DƏHŞƏTLİ HAVA OLACAQ - PROQNOZ AÇIQLANDI/RƏSMİ

Sabah DƏHŞƏTLİ HAVA OLACAQ - PROQNOZ AÇIQLANDI/RƏSMİSabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Temperaturun anomal gedişi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə və səhər 4 dərəcəyə yaxın isti, axşama doğru isə 2 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 2-4 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Nazirlik Bakıda və Abşeron yarımadasında gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.

Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 28-33 m/s, yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara keçəcəyi ehtimalı var.

Tibbi-meteoroloji xəbərdarlığa görə, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Duman olacaq. Qərb küləyinin sürətinin 7-12 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi, Kür vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.

Yanvarın 17-dən 18-i gündüzədək havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi rayonlarda arabir 23-28 m/s-dək güclənəcəyi, Kür Vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcək, havanın minimal temperaturu dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 16153   Tarix: 16 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel