"Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır" - ETİRAZ

"Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır" - ETİRAZ"Dörd il öncə Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünə qarşı sayğısızlıq məsələsini Milli Məclisdə hörmətli xalq şairimiz Sabir Rüstəmxanlı ilə birlikdə gündəmə gətirmişdik, ayrı-ayrı məmurlarla da bu mövzuda sərt mübahisələrimiz olmuşdu. Bu ərdəmsizliyi edənlər az sonra öz yanlışlarını anlayaraq, torbanı büstün üzərindən götürdülər. İndi isə yeni bir ədəbsizliyə imza atmaq istəyənlər tapılıb, Novxanıda Məhəmməd Əmin Rəsulzadənin ata evinin üzərindən xatirə barelyefini söküb aparıblar".

Sonxeber.az xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa özünün "Facebook" səhifəsində bildirib.

Deputatın sözlərinə görə, barelyefin hansı motivlə aparıldığı araşdırılandan sonra fakta qiymət verilməsi zəruri yaranacaq:

"Əgər bunu kimlərsə siyasi xarakterli bir linç əməliyyatı olaraq düşünmüşlərsə, bu, eyni zamanda Rəsulzadənin 130 illik yubiliyeyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır. Əminəm ki, ölkəmizin hüquq-mühafizə orqanları milli dövlətimizin qurucusunun xatirəsinə qarşı göstərilən bu sayğısızlığın ciddi şəkildə araşdırılmasını təmin edəcəklər. Bununla belə, düşünürəm ki, bu kimi hadisələr içimizdə ciddi narahatçılıq yaratsa da, təsəlli üçün də düşünəcəyimiz bir şeylər var. Məhəmməd Əmin bəy kimi dahilərin yaşamasını, çalışmasını ehtiva edən xatirə obyektləri nisbi mahiyyət daşıyır. Bu gün Bakının köhnə Sovetski adlanan yaşayış yerində və başqa mərkəzi məkanlarda yüzlərlə ev abadlaşdıma məqsədi ilə söküldü və bunların içində vaxtilə tanınmış Azərbayan övladlarının yaşayıb- yaratdığı evlər də oldu. Yəni xeyli barelyefləri asmaq üçün artıq real evlər qalmadı. Bu anlaşılan bir durumdur, ancaq Novxanıda durub-durub da bareleyfin çıxarılmasının izahını tapmaq xeyli müşkül məsələ olacaq. Bir də Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların evi Novxanıda köhnə bir ata ocağı ilə məhdudlaşmır, bütün Azərbaycanın adı çəkilən hər məkanda olan evlər, ocaqlar onların Vətən evi, Vətən ocağı sayılır. Narahat olmamağa əsasımız budur ki, Məhəmməd Əmin bəyin qəlbimizin içindən asılmış bareleyfini oğurlamaq isə yüz ildir kimsəyə nəsib olmur və olmayacaq da...".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1312   Tarix: 16 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021