2015-ci il Azərbaycanda nələr baş verdi? — SİYAHI

2015-ci il həyatımızda hansı hadisələrlə yadda qaldı? Ölkəmizdə baş verən əsas hadisələri sizin üçün dərlədik:
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHIManatın birinci devalvasiyası 21 fevral 2015-ci ildə baş verdi. Mərkəzi bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi və manatın ilkin olaraq 33.8% ucuzlaşması qeydə alındı.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI19 may 2015-ci il - Bakıda penoplastla üzlənmiş bina külə döndü; Rəsmi rəqəmlərə görə 16 nəfər həyatını itirdi; ölənlərin daha çox olması barədə iddialar səsləndirilir; həyatını itirənlər arasında azyaşlı uşaqlar da var idi.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHIBu ilin ən yadda qalan hadisəsi kimi Birinci Avropa Oyunları (ing. 2015 European Games) Bakıda baş tutdu. 12 iyun - 28 iyun 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində və Mingəçevir şəhərində bir çox innovativ idman növünü özündə cəmləşdirən sayca 1-ci dəfə keçirilən Avropa oyunları Azərbaycanda bu günə qədər olan ən böyük idman yarışı kimi tarixə düşdü.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHIİyulun 6-da Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki (Bakıdan 127 kilometr cənub-qərb) Telemexanika Zavodunda istehsalat qəzası baş verdi. Müdafiə Sənayesi Nazirliyinin məlumatında qeyd olunmuşdur ki, Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş verən qəza nəticəsində 1 nəfər həyatını itirib.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHIİyulun 31-də hüquq müdafiəçisi Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçildi. Onun həyat yoldaşı Arif Yunusa da həmin ittihamlar irəli sürüldü.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI7 oktyabr 2015-ci il tarixində Avropa Şurası Azərbaycanla əməkdaşlığı rəsmən dayandırdı. Avropa Şurası (AŞ) Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxdığını bəyan etdi.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI17 oktyabr 2015-ci ildə Prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda qeyd olundu ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürüldü.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI18 oktyabr tarixində adı müxtəlif maliyyə maxinasiyalarında hallanan Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev həbs edildi.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHIAzərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri - 1 noyabr 2015-ci ildə Azərbaycanın 125 Seçki dairəsi üzrə keçirilmiş parlamentə seçki baş tutdu. Seçkilərin nəticələrinə əsasən İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə qələbə qazandı və Milli Məclisdə çoxluğu qoruya bildi.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI13 noyabr 2015-ci ildə prezidentin fərmanı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tutduğu vəzifədən azad edildi. Onun Eldar Mahmudovun işinə görə vəzifədən getdiyi aydınlaşdı.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI24 Noyabr, 2015-ci il. Türkiyə hərbi hava qüvvələrinin qırıcısı ölkənin hava sərhədlərini pozmuş rus hərbi təyyarəsini vurdu. İki ölkə arasındakı gərginlik az qala müharibə həddinə çatdı.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI28 Noyabr 2015-ci il Putinin qərarı ilə Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi. Ankara və Moskva arasındakı bütün iqtisadi əlaqələr kəsildi. Azərbaycan rəsmiləri tərəflərin münasibətlərini normallaşdırması üçün vasitəçi ola biləcəklərini açıqladılar.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI4 dekabr 2015-ci il tarixində Xəzər dənizində SOCAR-a aid "Günəşli" yatağında dəhşətli yanğın baş verdi. Qeyri-rəsmi məlumata görə 30 nəfər dənizdə bataraq həyatını itirdi.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI8 dekabr 2015-ci il Rusiyanın türk yük maşınlarının hərəkətinə əngəl törətməsindən sonra Azərbaycan öz ərazisindən Türkiyənin yüklərinin daşınması üçün tariflərə 40% güzəşt etdi.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI13 dekabr 2015-ci il Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizini bərpa etdilər. Çindən Türkiyəyə gedən ilk qatar Tiflisdə Gürcüstan prezidenti tərəfindən təntənə ilə qarşılandı.
 2015-ci il Azərbaycanda nələr baş verdi? - SİYAHI17 dekabr 2015-ci il. ABŞ Konqresinə ermənipərəst konqressmen Smit tərəfindən hazırlanmış sənəd təqdim olundu. Sənəd Azərbaycan hökumətinə və onun üzvlərinə sanksiyalar tətbiq edilməsindən tutmuş bir sıra sahələrdə ölkəmizə təzyiq etmək üçün ABŞ hakimiyyət orqanlarına bəhanələr verir. Sənəd 2016-cı ilin fevral ayında son müzakirəyə çıxarılacaq.
 
21 dekabr 2015-ci il - Neftin qiymətləri 2004-cü ildən bu yana tarixi minimuma endi. "Brent" markalı neftin bir barelinin qiyməti dünya bazarlarında 36,17 dollara satıldı.
 
21 dekabr 2015-ci il Azərbaycan Mərkəzi bankı manatın kursunu üzən valyuta rejiminə keçirərək növbəti devalvasiyaya getdi. Milli valyutamızın dəyəri bir gündə 50% aşağı düşərək 1 dollara nisbətdə 1,55 manat təşkil etdi.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2761   Tarix: 22 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Silvester Stallone məşhur treyleri seriala çevirir

Silvester Stallone yeni televiziya layihəsi - amerikalı yazıçı C. D. Barkerın "4MK" (Dörd Meymun Qatili) kimi tanınan məşhur kitab seriyasının ekranlaşdırılmasını hazırlayır. xarici mediaya istinadla xəbər verir ki, bu, seriyal qatil və tədricən təkcə cinayətlər zəncirini deyil, həm də ba

21 may
.

Braziliyada həkimlərin öldüyünü təsdiqlədiyi şəxs dəfnə hazırlıq zamanı dirildi

Braziliyada həkimlərin öldüyünü zənn etdiyi 88 yaşlı kişi dəfn olunmağa hazırlıq mərhələsində dirilib. xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Mirror" nəşri məlumat yayıb. Məlumata görə, həkimlər ahıl kişinin xəstəxanada tənəffüs çatışmazlığı səbəbindən dünyasını dəyişdiyini təsdiqləyiblər

20 may
.

Bu ölkədə qızların 9 yaşında evlənməsinə icazə verildi

Taliban hərəkatı Əfqanıstanda qızlar üçün minimum nikah yaşını ləğv edib. xarici KİV-ə istinadla bildirir ki, əfqan hüquq müdafiəçisi Horiya Mosadik jurnalistlərə deyib: "Əgər qız uşağı doqquz və ya on yaşında cinsi yetkinliyə çatırsa, yeni qanuna əsasən o, nikaha daxil olmaq üçün qanuni yaşa çatmı

21 may
.

Yeməyi mavi boşqabda yeyin: Arıqlamaq istəyənlər üçün

Pəhriz siyahılarından və ağır məşqlərdən bezənlər üçün inqilabi bir arıqlama metodu aktual mövzuya çevrilib. xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Ayşegül Akkaya Erden izah edib ki, sadəcə boşqabınızın rəngini dəyişdirməklə kalori qəbulunuzu 30% azalda bilərsiniz. Ətraf mühitdəki kiçik dəyişiklikləri

19 may
.

Yumurtaların saxlanmasında ən çox edilən SƏHV

Heç düşünmüsünüzmü, niyə yumurtalar bəzən gözlədiyinizdən daha tez xarab olur, hətta soyuducuda saxlanılsa belə?. Yumurtanı soyuducuya qoyursan və məsələ bitir. Amma əslində yumurtaların saxlanması bütöv bir "incəlikdir" və kiçik bir detal onların təravətinə və təhlükəsizliyinə ciddi təsi

24 may
.

Dünyanın ən sıx məskunlaşmış adası: 1,5 futbol meydançasından kiçikdir

Kolumbiya sahilləri yaxınlığında, Karib dənizində yerləşən Santa Kruz-del-İslote adası dünyanın ən qeyri-adi yaşayış məntəqələrindən biri hesab olunur. Qaynarinfo RMF24.pl-ya istinadən xəbər verir ki, cəmi 1,2 hektar sahəyə malik olan - yəni bir yarım futbol meydançasından da kiçik - bu adada 1200-

19 may
.

Özünü xəstəliyə vuran kişi bir ildən çox Berlindəki hoteldə pulsuz qaldı

Almaniyanın paytaxtı Berlində bir ildən çox müddət ərzində hoteldə ödəniş etmədən yaşayan 55 yaşlı kişi dələduzluqda ittiham olunur. xəbər verir ki, bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb. Yerli prokurorluqdan bildirilib ki, həmin şəxs 2023-cü ilin aprelində həyat yoldaşı və iki uşağ

19 may
.

Dünyada sifilis xəstəliyi yayıldı - Rekord hədd

Avropada cinsi yolla keçən infeksiyalar kəskin artıb. xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzi məlumat yayıb. Hesabata görə, 2015-2024-cü illər arasında Avropada qonoreya hallarının 303 faiz artdığı bildirilib. Eyni dövrdə sifilis

21 may
.

Çin yeni avtomobil brendini istifadəyə verir

"Xiaomi Auto" rəsmi olaraq yeni avtomobil brendi "Sky Nomad"ı istifadəyə verəcək. xəbər verir ki, bu barədə "Carscoops" məlumat yayıb. Yeni marka altında artırılmış yürüş ehtiyatına malik hibrid avtomobillər istehsal olunacaq. Brendin ilk modeli daxili kod adı "Kunlu

20 may