Tez-tez şokolad yemək psixikanı məhv edir

Tez-tez şokolad yemək psixikanı məhv edirTez-tez ət və şokolad yemək insan psixikasını məhv edir və uzunsürən depressiyaya səbəb olur.

Bu qəribə nəticəyə Amerika tədqiqatçıları gəliblər. Alimlər 10 il ərzində 15 min könüllünün analizini toplayaraq onların psixi durumunu və qida rasionunu dəyərləndiriblər. Tədqiqatların yekununa əsasən müəyyən edilib ki, şirni, xüsusilə şokolad və yağlı ət həvəskarları əsəb sisteminin pozulmasından daha çox əziyyət çəkirlər. Onlar sakitləşmək və normal hala düşmək üçün daha çox sedativ preparatlar qəbul edirlər.

Alimlər depressiyanın inkişaf riskini azaltmaq üçün şirnisevənlərə və "ət yeyənlərə" bir müddət ət və şokoladdan uzaq olmağı, yaxud heç olmasa pəhriz günləri keçirməyi məsləhət görürlər.

"musavat"

Dünyada   Baxılıb: 1360   Tarix: 18 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR