Meyxanaçı Namiqin əsl peşəsi eşidənləri təəccübləndirdi

Meyxanaçı Namiqin əsl peşəsi eşidənləri təəccübləndirdiMeyxanaçı Namiq Məna ixtisasca aktyor imiş.

Bunu Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində həmkarı Vüqar Əbdülov deyib. O bildirib ki, N.Məna Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino aktyorluq fakültəsini bitirib:

"İndi çoxları öz ixtisası yox, seçdiyi peşə ilə məşğuldur. Məsələn, meyxanaçı Namiq Məna aktyordur. Bu yaxınlarda da "Niyə" filmində rəis obrazını canlandırıb. Mən də Namiqlə eyni universiteti bitirmişəm. Amma meyxana deməklə məşğulam".

Qeyd edək ki, Namiq Məna Azərbaycan Yazıçılar Birliyinin Qubadlı rayon Bölməsinin sədridir.

big.az

Şou-biznes   Baxılıb: 5101   Tarix: 18 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR