Alimlər bu itlərin balasını niyə yediyinin cavabını tapdı – VİDEO

Alimlər bu itlərin balasını niyə yediyinin cavabını tapdı – VİDEOTəbiət həmişə qəribəliyi və sirri ilə insanlar üçün maraqlıdır.

Vəhşi təbiətin bəxş etdiyi heyvanlar arasında ən tez əhilləşən itlərdir. Lakin itlər də cinslərinə görə müxtəlif xüsusiyyətlərə malik olurlar. Ən maraqlı it növü olan kanqalların qəribə xüsusiyyətləri isə yeni doğulmuş balalarını yemələridir.

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, kanqal köpəklərinin əksəriyyətində bu xüsusiyyətə rast gəlmək olur. Belə ki, dişi kanqallar yeni doğulmuş balalarını 10 gün müddətində parçalayırlar. O, balalarını ən çox ayaqlarından parçalayır.

Türkiyəli alimlər bu fakt üzrə araşdırmalar aparıblar. Kinoloqların apardıqları araşdırmalar zamanı məlum olub ki, bu cinsdən olan itlərin qanında hormon çatışmazlığı olduğu üçün dişi kanqal yeni doğulan balaları parçalayır.

Maraqlı   Baxılıb: 6659   Tarix: 18 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR