Qadın alverçisi "Antalya Mehman" – Bakıda fahişəxanalara basqınlar, şantaj videoları…

Qadın alverçisi "Antalya Mehman" – Bakıda fahişəxanalara basqınlar, şantaj videoları…Həftənin ilk günü yerli mətbuatda 10-a yaxın masaj salonu adı altında fəaliyyət göstərən pritonların sahiblərinin həbsi barədə xəbər yayıldı.

Sonxeber.az minval.info xəbər verir ki, onların həbsində Murtuzova Güləndam adlı qadının rolu olub. Belə ki, adıçəkilən şəxs Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etməkdə günahlandırılıb və prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Onun həbsindən sonra məlum olub ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlu rəhbərlik edib. Nəticədə həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Onların paytaxtın Nəsimi rayonu ərazisində "Jasmin", "Şarden", "Səma", "Play", "Dalğa" və Nərimanov rayonunda "Atilla", "Diana", "Venus" adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri istintaq orqanları əməkdaşları tərəfindən aşkar edilib.

"Antalya" ləqəbli qadın alverçisi…

Onun bir müddət həmin obyekti işlədikdən sonra şəhərin mərkəzində bir neçə masaj salonı açmağa başladığı deyilir. İlk günlər massaj salon kimi fəaliyətdə olan bu obyektlərin sonradan məşhur fahişəxanalara çevrildiyi qeyd olunur.

"MTN"lə əlaqə, şantaj, təhdid…

Belə pritonlardan biri də az öncə qeyd etdiyimiz "Atilla" masaj salonudur. Adı çəkilən obyektin reklamı isə ölkədə əsasən cinsi istəkli auditoriyaya malik "Odnaklassniki.ru" sosial şəbəkəsidə gedib. "Atilla masaj salonu" adı ilə fəaliyyət göstərən profildə seks işçilərinin fotosu paylaşılaraq intim təkliflər edilib. Hətta paylaşımın rəy hissəsində qiymət danışıqları da aparılıb.

"Antalya Mehman"nın obyektlərinin belə "ürəkli" fəaliyyətlə məşğul olması heç də təsadüfi görünmür. İddialara görə, o, milli təhlükəsizliyi təhlükə altına atan ləğv olunmuş keşmiş nazirliklə sıx əlaqədə olub. MTN-nin hazırda həbsdəki şəbəkəsi sözügedən masaj salonlarına gedən müştəriləri şantaj edirmiş. Belə ki, obyektdəki video görüntülər qeydə alınaraq müştərilərin təhdid edildiyi, eyni zamanda imkanlı iş adamlarının da bu şəkildə soyulduğu söylənilir.

Turizmə dəyən zərbə, əməliyyatların davamı…

Bəzi informasiyalara görə, bu sahədə görülən tədbirlərin geniş vüsət alması turizmə dəyən zərbədən sonra başlanıb. Belə ki, ərəb turistlərin ölkəmizə axın etdiyi dövrdə iraqlı jurnalist həmyerlilərinin Azərbaycandakı gecə həyatı, fahişələrlə əyləncəsi barədə reportaj hazırlayıb. Bu reportajda turistlərin həyat qadınlarından müxtəlif xəstəliklərə yoluxduqları, hətta dərman qəbul etdikləri üçün öldükləri qeyd edilib. Məhz onun süjetindən sonra iraqlıların, həmçinin digər ərəb ölkələrindən buraya istirahətə gələnlərin sayının əhəmiyyətli dərəcədə azaldığı barədə iddialar var.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən pritonlarda aparılan əməliyyatların davamının olacağı istisna edilmir.

Yaxın günlərdə adı əxlaqsız yuva kimi məşhurlaşan "İnfiniti" gecə klubunun qapılarına kilid vurulması da əməliyyatın tərkib hissəsi hesab oluna bilər. Ərəblər son dövrlərdə bu məkanın əsas müştərilərinə çevrilmişdi.

Minval.info həbslərlə bağlı araşdırma aparıb və hazırda cinayət işi üzrə məhkəmə prosesi davam edən Həsənov Mehmanın masaj salonunu pritona çevirmək sahəsində "veteran" mütəxəssis olduğu üzə çıxıb.

Öncə onun "Antalya Mehman" ləqəbi ilə tanındığını və ləqəbi necə qazandığındı barədə məlumat verək. Mehmanın illər əvvəl qumarxana sahibi olduğu deyilir və yaxşı qazanc əldə etdiyi dövrdə özü də bu oyunun aludəçisinə çevrilir. O, qumarxanadan xeyli pul qazana bilsə də, qumar oynamaqda əldə etdiklərini itirməyə başlayıb. Nəticədə iflasa uğrayır, sonradan isə Bakıda yerləşən"Antalya" restoranını icarəyə götürməklə yenidən arenaya qayıtmaq fikrinə düşür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7453   Tarix: 20 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021