Deputatdan Qorbaçova edam tələbi: hamı bilməlidir ki, xalqımızla zarafat etmək olmaz

Deputatdan Qorbaçova edam tələbi: hamı bilməlidir ki, xalqımızla zarafat etmək olmazİndiki deputat Qorbaçova ölüm hökmü çıxarıb

20 Yanvar hadisələrindən dərhal sonra həmin vaxt İsmayıllıda məhkəmə sədri olan, indi isə Milli Məclisin deputatı kimi fəaliyyət göstərən Tahir Kərimli SSRİ-nin o vaxtki Prezidenti Mixail Qorbaçov haqqında ölüm hökm çıxarıb. Bəlkə də bu, postsovet məkanında yeganə hadisədir, bunu çox adam bilmir. Onun haqqında qəti hökm çıxarmışdı. Aydınıydı ki, icrası mümkün deyil, amma 20 Yanvar hadisələrinə münasibət bildirilmişdi. Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fərəc Quliyev 20 Yanvar hadisələrinə görə Azərbaycan tərəfinin indiyədək M. Qorbaçovun məhkəməsini keçirərək ona hökm oxumaması məsələsinə münasibət bildirərkən deyib.

İmperiyaya verilən ən böyük cəza xalqların azadlığıdır

Millət vəkili xatırladıb ki, sovet rejimi, imperiyası 20 Yanvar hadisələrinə qədər bir sıra yerlərdə qan tökmüşdü: "60-cı illərdə Macarıstanda, Polşada, Çexoslavakiyada törətdiyi hadisələri, 80-ci illərdə Qazaxıstanda törətdiyi qırğınları, 1990-cı ildə isə Litva və Gürcüstanda buna bənzər hadisələri göstərmək olar. Bu, Sovet imperiyasının mahiyyətiydi. Bütün imperiyalarda bu cür davranışlar olub, əslində onların ən böyük cəzası isə əsarətdə saxladıqları xalqların azadlığa çıxmasıdır".

Hamı o şəhidlərə həsəd aparır

F. Quliyevin sözləinə görə, Azərbaycan xalqı da Sovet imperiyasına ən böyük təpkini göstərərək ondan ayrıldı: "Düzdü, bu proses qanlı oldu, 20 Yanvarda şəhidlər verdik, amma azadlığı da qansız əldə etmək mümkün deyil, bu, bir şərəf işidir. Hamımız dünyamızı dəyişəcəyik, ancaq o şəhidlər yaxşı mənada barmaqla göstərilən, bəlkə də hamı tərəfindən həsəd aparılan şəhidlərimizdir. İmperiyaya verdiyimiz ən böyük cəza budur".

İlk sərəncamım Qorbaçovun "infazı" olacaq

Deputat hesab edir ki, Azərbaycana qarşı törədilmiş belə hadisələr zamanı, istəyir Xocalı soyqırımı, istərsə də 20 Yanvar hadiəsi olsun, belə məsələlərdə susqunluq olmamalıdır: " Mən sonuncu prezident seçkilərində namizəd olarkən qeyd etmişdim ki, prezident olacağım təqdirdə ilk sərəncamım Xocalı və 20 Yanvar hadisələrini törətmiş istənilən məmurların, istər bu, Ermənistan, istərsə də SSRİ rəhbərliyində olsun, onların dərhal "infaz" olunmasından (ölüm cəzası) ibarət olacaq. Belə bir nümunə var. İsrailin idmançıları 1972-ci il Mühnen Olimpiya Oyunlarında qətlə yetiriləndə bu ölkənin Baş naziri sərəncam verdi və terrorçular dünyanın hansı yerində yerləşməsindən asılı olmayaraq, dərhal öldürüldü".

Hamı başa düşərdi ki, Azərbaycan xalqı ilə zarafat etmək olmaz

F. Quliyevin fikrincə, Azərbaycan tərəfindən belə bir hərəkətlər olardısa, o vaxt və ya indiki dövrdə bu cür hərəkətlər olardısa, hər kəs Azərbaycan xalqı barədə düşünərdi ki, bu xalqla zarafat etmək olmaz, onun mənliyinə, azadlığına toxunanda, ona qarşı zorakılıq olanda mütləq cəza tətbiq olunur: "Bu, mütləq, vacib şərtlərdən biridir. Ancaq beynəlxalq qurumlara və məhkəmələrə rəmzi də olsa, bütün bu hadisələr zamanı müraciət olunmalıdır. İndinin özündə də həm Xocalı soyqırımını törədənlər, həm də Azərbaycanın Dağlıq Qarabağ ərazisində qurulan separatçı rejimin rəhbərləri ilə bağlı məhkəməyə və İnterpola müraciət edilməlidir. Mən özüm də bu barədə təşəbbüs göstərmişəm. Ən azından ona görə ki, Bako Saakyan kimi adamlar ölkədən çıxıb başqa ölkənin rəsmiləri ilə görüşə bilməsin".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 6176   Tarix: 19 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Hakan Fidan Azərbaycanı təbrik etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə ölkəmizi təbrik edib. "Qafqazinfo" xəbər verir ki, türkiyəli nazir bu barədə Bakıda keçirilə

15 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO

Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid

19 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart