"Orqanik məhsul" yalanı – alıcıları necə aldadırlar...

"Orqanik məhsul" yalanı – alıcıları necə aldadırlar...Hamımızın başına gəlib. Market rəflərinin arasında dayananda hər zaman özümüzə bu sualı veririk: Orqanik sertifikatlı məhsulu tərcih etməliyəm, yoxsa sertifikatı olmayan, daha ucuz qiymətə olan məhsulu?

Bu sual bir çox mənaya gələ bilir. Məsələn, sağlam olanmı, yoxsa dərman vurulmuş olanmı? Ləzzətli, yoxsa dadsız? Bəzəkli, yoxsa sadə? Təmiz, yosa çirkli? Yaxşıdır, yoxsa pis? Amma bütün istehlakçılar üçün ən vacib olan sual aşağıdakıdır: Buna artıq pul ödəməyə dəyərmi?
Musavat.com Türkiyə mediasına istinadən bu araşdırmanı təqdim edir.

Yüksək qiymət mütləq yüksək keyfiyyət gətirmir

İstehlakçılara orqanik məhsulun digər variantlara nisbətən daha bahalı olması təbii görünəcək. İstehlakçılar arasında aparılan rəy sorğusunun nəticələrinə görə, orta hesabla bir məhsulun qiyməti, standart məhsul qiymətindən 1.5 dəfə bahadır. Orqanik bir məhsulun topdansatışdakı qiyməti isə normal məhsulun üç qatından daha çoxdur.

Lüks deməyin başqa bir yolu

Qiymət fərqi təkcə istifadə edilən orqanik yetişdirilmə texnikasından qaynaqlanmır. İstehlakçı eyni zamanda orqanik məhsulu istehsal edən "marka"ya da pul ödəyir. Nəticə olaraq, "orqanik’ eyni zamanda lüks deməyin sadəcə başqa bir yoludur.

Amerika Beynəlxalq Elmlər Akadmiyasının araşdırma nəticələrinə görə, sadəcə 5-7 faiz qiymət fərqi olması lazım gələn məhsullarda 30 faiz civarında bir "premium" fərqdən söhbət gedir. Bu durum orqanik istehsalla məşğul olan ferma və tarlaların ənənəvi istehsalla məşğul olanlardan daha çox pul qazanmasını təmin edir.

Orqanik məhsul təbiət üçün çox da faydalı sayılmır

İstifadə edilən sintetik zərərli dərmanların təbii su yollarını çirkləndirdiyi və təbiətə ziyan verməsi ilə bağlı heç bir şübhə yoxdur. Amma bir çox orqanik tarla da (xüsusən də böyük olanlar) dərmandan istifadə etməkdən çəkinmirlər. Bu da orqanik məhsulları nəyin "orqanik"ə çevirdiyini sual olaraq qarşımıza çıxarır.

2010-cu ildə keçirilən bir araşdırmaya görə, orqanik gübrədən istifadənin təbiətə yönəlmiş neqativ təsirləri sintetik gübrəninkindən daha artıqdır. Buna əlavə olaraq, orqanik becərilməyə bağlı daha az məhsul istehsalı və böyük şirkətlərin də orqanik istehsala başlaması, yığımın aşağı düşməsi və atmosferə daha çox sera qazı salınmasına da səbəb olur.

Orqanik məhsulun insan sağlamlığına təsiri

Elmin gəldiyi nəticələrə görə, orqanik məhsulların tərkibindəki vitaminlər, faydalılıq əmsalı digərlərinə görə çox daha yüksək deyil. Əlavə olaraq, 2012 və 2014-cü ildə keçirilən araşdırmalar orqanik məhsulların fosfor və antioksidan dəyərlərinin yüksək, kadmiyum dəyərinin isə aşağı olduğunu göstərir.

Tufts Universitetində qidalanma professoru olan Cefri Blumberg vəziyyəti belə təhlil edir: "Orqanik və standart becərmə metodları öz aralarında da o qədər dəyişiklik göstərir ki, hamısını əhatə edəcək bir nəticəyə gəlmək mümkün deyil. Əgər daha yaxşı qidalanmaq istəyirsizsə, daha çox tərəvəz yeyin. Orqanik, ya da orqanik olmaması bir şey dəyişdirmir".
"Son dərəcə çirkli" tərəvəz və meyvələr o qədər də "çirkli" deyil

Kaliforniya Universitetinin 2011-ci ildə yayınladığı bir sənədə görə, ÇÇG sənədində "çirkli" adlandırılan məhsulların daşıdığı dərman qalıntıları, təhlükəsiz olaraq qəbul edilən limitləri zatən aşmır. Kaliforniya Universitti standart şəkildə becərilən məhsulların orqaniklərdən çox da fərqi olmadığını dedi. Universitetin hesabatına görə, "istehlakçı üçün ortada hər hansı bir sağlamlıq riski yoxdur".

Orqanik məhsul sahəsində çalışan müəssisələr işçilərinə daha yaxşı şərtlər təmin etmirlər

Tarlalardakı çalışma şərtləri çətindir və əsasən də tarla işçilərinin əməyi istismar edilir. Təəssüf ki, bu vəziyyət orqanik istehsal sahəsində çalışan işçilər üçün də keçərlidir. Orqanik istehsal sertifikatları çalışma etikası ilə bağlı qaydalardan tamamən məhrumdur.

Təbiət dostu yayınları ilə tanınan xəbər saytı Grist’in 2006-cı ildə yayınladığı bir xəbər orqanik tarla işçilərinə qarşı pis münasibətin olduğunu, tarla sahiblərinin insanların məvacibini çox aşağı verdiyini və işçilərin cinsiyyətçliyə məruz qaldıqlarını ortaya qoyub. "İstismar edilən işçilərin qarşı-qarşıya gəldikləri şərtlər bərbaddır. Bu, bir insan haqları krizidir". Tarla İşçiləri Dəstək Komitəsində siyasi analitik olan Riçard Mandelbaum deyib ki, qanunlar və məvacib baxımdan orqaniklə sıradan tarlaların işçiləri arasında heç bir fərq yoxdur.

O zaman ən yaxşı seçim hansıdır?

Əgər nə yediyinizi daha yaxşı bilmək istəyirsinizsə, meyvə-tərəvəzləri tanıdığınız bazarlardan, tanıdığınız alverçilərdən alın. Orqanik və ya qeyri-orqanik. Qiymətlər super marketdəkilərdən daha yüksək olmayacaq. Bundan başqa, mövsümi tərəvəz və meyvələr də super marketdəkilər kimi uzaq yoldan gəlmədiyi üçün daha təravətli və təzə olacaq. Əgər bazara çıxa bilmirsinizsə, yenə də orqanik məhsul olaraq təqdim edilən, pul tələsinə düşməyin. (Musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2420   Tarix: 19 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas

20 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel