Çöpçüyə üz tutanlar MÜTLƏQ OXUSUN! - Ölümə səbəb ola bilər

Çöpçüyə üz tutanlar MÜTLƏQ OXUSUN! - Ölümə səbəb ola bilərUşağın qızdırması varsa, iştahadan düşübsə, həkimin yazdığı dərman təsir etmirsə, bu halda Azərbaycan vətəndaşının bəzən çöpçüyə üz tutmaqdan savayı başqa yolu qalmır. Özünü çöpçü adlandıran bu peşə sahibləri uşağın tənəffüs yolunda ilişib qalan kənar cismləri sadə yolla, buruna üfürməklə xaric edirlər. Valideynlər belə prosedurdan sonra qızdırmanın yoxa çıxdığını, uşağın normal vəziyyətə qayıtdığını bildirirlər. Texnologiya dövründə yaşayan insanın həkimin yox, çöpçünün yanına getməsi, əslində, təəccüb doğurur.

Bu barədə Axar.az-a danışan psixoloq Taryel Faziloğlu problemin kökündə 3 əsas meyarın olduğunu deyib.

"Birinci meyar mental psixologiyaya bağlıdır. Adət-ənənədə olan inancların özünüqoruma instinkti var. Çöpçü yanına getmək pirə, ocağa, daşa inanmaq kimidir. İkincisi, kütlə psixologiyasına söykənən sosial meyardır. İnsanlar bir-birinə təsir edərək prosesi aparırlar. Baba-nənə inanır buna, öz övladı, nəvələri üçün belə düşüncəni təlqin edir, çöpçüyə getməyi lazımlı bilir, hətta oğul-qıza belə davranışı təzyiq vasitəsilə yeridirlər. İnanc bu yolla yaşayır. Üçüncü meyar iki qaynaqlı psixoloji forma ilə əlaqəlidir. Yəni Azərbaycanda insanların tıbb sahəsinə olan güvənsizliyindən qaynaqlanır: insanlar türkəçarəyə daha çox meyillənirlər. Həm də bizim insanlar sağlamlıq məsələsinə elə də diqqət yetirmir. Nə qədər şəxs hər 6 aydan bir ümumi tibbi yoxlamadan keçir? Azərbaycanda belələrinin sayı 1 faiz varmı, yoxmu, böyük sual doğurur. Bu amillər çöpçülərin məşhur olması, varlanmasını yol açır", - psixoloq deyib.

Onun sözlərinə görə, ilk növbədə ölkədə çöpçülük və oxşar hallarla bağlı geniş, kütləvi, profilaktik informasiya tədbirləri aparılmalı, cəmiyyət məlumatlandırılmalı, psixoloji baryerləri aşmaq üçün ciddi maarifləndirmə işləri görülməlidir:

"Eyni problem elə falçılarla bağlı yaşanır, onlara efirə yol açılır, bir müddət sonra heç bir təhsili olmayan birisi özünü psixoloq adlandırır. Bu tip məsələlərin həlli üçün qanunvericilikdə də dəyişikliyə ehtiyac var. Qanunda boşluq çoxdur".

Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov problemin həllinin elə də asan olmadığını bildirib:

"Çöp daha çox uşaqlarda müşahidə olunduğu üçün bu tip problemlə valideyn ya pediatra, ya da qulaq-burun-boğaz həkiminə müraciət edir. Çöpün əlamətləri yüksək qızdırma, boğazda ağrı, udqunma çətinliyi olduğu üçün bəzən bu mütəxəssislər diaqnozu düzgün təyin edə, üst tənəffüs yollarındakı yad cismi, yəni çöpü aşkarlaya bilmirlər. Bunun üzə çıxarılması üçün endoskopiya həyata keçirilməlidir. Burun boşluğu, burun-udlaq, əsnək və qırtlağın müayinəsi aparılmalıdır. Yad cismi yalnız bu halda görmək mümkündür. Bu tip müayinənin uşaqlara aparılması müəyyən texniki problemlərə də bağlıdır. Həkimin endoskopiya imkanları məhdud olduğu üçün diaqnostik çətinliklə qarşılaşır, yad cismləri xaric etmək onun üçün müşkülə çevrilir. Hazırda bəzi klinikalarda pediatrik endoskopiyanın icrası müasir avadanlığın köməyi ilə artıq mümkündür. Bu səbəbdən Azərbaycanın təbabət mühitində çöpçüyə elə də ehtiyac qalmayıb".

Həkim Azərbaycanda bəzi tibb işçilərinin belə öz uşaqlarını çöpçü yanına aparmağına neqativ yanaşdığını qeyd edib:

"Çöpçü dediyimiz "mütəxəssis" hər hansı bir tibbi prosedurun aparılmasına hüquqi statusu olan şəxs deyil. Orqanizmə müdaxilə edərək yad cismin xaric edilməsi onun səlahiyyəti çərçivəsindən kənardır. Baş verə biləcək hansısa xoşagəlməz durumda çöpçünün cavabdehliyi məsələsi gündəmə gəlir. Məsələn, çöpçü yad cismi üfləməklə və ya barmağı ilə xaric etməyə çalışdığı zaman o, alt tənəffüs yollarına, daha dəqiq desək, səs yarığı səviyyəsinə, traxeya və ya bronxlara düşə bilər. Bu halda xüsusi cərrahi komanda və avadanlıq olmadan yad cismin çıxarılması nəinki çətinləşər, hətta asfiksiya nəticəsində uşaq tələf ola bilər. Bu nəzərdən hər hansı bir kənddə, ya evdə belə proseduran aparılması düzgün deyil. Çox risklidir, əslində. Yad cismin ölçüsü, materialı və ilişib qaldığı tənəffüs yolunun səviyyəsindən asılı olaraq bu müdaxilə poliklinikada da icra oluna bilər. Məsələn, damaq badamcığına saplanmış yad bir cismi poliklinikada, ambulator şəraitdə kənarlaşdırmaq olar. Amma qırtlaqda, alt tənəffüs yollarında və yaxud burun-udlaq səviyyəsində qalan yad cismin xaric edilməsi üçün xüsusi tibbi avadanlığa ehtiyac var".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1420   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Sabah hava necə olacaq? - Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.. . Sonxeber.AZ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabi

20 yanvar 2019

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.. Dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.. Müdafiə Nazirliyinin əlahiddə nümunəv

20 yanvar 2019

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək

Fevralın 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində dayanma və durma nişanlarında dəyişiklik ediləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları sıxlığın az müşahidə olunduğu küçələrdə dayanma və durma nişanlarını sadəcə "durmaq qadağandır" nişanı ilə əvəzləyəcəklər.. . Paytaxda bəzi küç

20 yanvar 2019

İTV-nin aparıcısına sərt ittiham: İnsanlardan pul alıb, aldadıb

Əməkdar artist Məlahət Abbasova aparıcı Vüsalə Səidi fırıldaqçılıq ittiham edib. . . Buna səbəb aparıcının təşkil etdiyi "Sinemanın kral və kraliçesi" yarışmasıdır. Belə ki, aparıcı ötən il Türkiyədə baş tutan layihənın Azərbaycan üzrə təşkilatçısı olub. O seçim turu keçirərək iki gənci Türkiyəy

20 yanvar 2019

Valideynlərin uşaq tərbiyəsində ƏN BÖYÜK SƏHVİ - Günlərlə...

Aparılan psixoloji tədqiqatlar nəticəsində müəyyən olub ki, insan həyatında ən ağır travma valideynlərinin onu başqalarının yanında aşağılamasıdır.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, alimlərin qənaətinə əsasən, beyin hər ağrı-acını sağalda və həzm edə bilər, yaşadığı hər bir hadis

20 yanvar 2019

20 Yanvara gedən yol - QANLI XRONOLOGİYA

20 Yanvar hadisələri, əslində, Azərbaycan xalqının erməni təcavüzünə etirazından başlayıb müstəqilliyimizin tanınmasına gedən şərəfli yoldakı qan yaddaşımızdan biridir. 20 Yanvar torpaqlarımızın işğalına, böyük bir imperiyanın daxilində azərbaycanlıları əzmək məqsədinə qarşı etirazların silahla susdurulmas

20 yanvar 2019

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.. . Bu barədə "Report"un SOCAR-da son illərdə həyata keçirilmi

20 yanvar 2019

Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq

Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktları aşkar edilib və onların dərhal ləğv edilməsi həyata keçirilib.. . Sonxeber.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlə

20 yanvar 2019

"Orqanik məhsul" yalanı – alıcıları necə aldadırlar...

Hamımızın başına gəlib. Market rəflərinin arasında dayananda hər zaman özümüzə bu sualı veririk: Orqanik sertifikatlı məhsulu tərcih etməliyəm, yoxsa sertifikatı olmayan, daha ucuz qiymətə olan məhsulu? . . Bu sual bir çox mənaya gələ bilir. Məsələn, sağlam olanmı, yoxsa dərman vurulmuş olanmı? Ləzzətli

19 yanvar 2019