Babək prospektində yol niyə çöküb - RƏSMİ CAVAB - YENİLƏNİB

Babək prospektində yol niyə çöküb - RƏSMİ CAVAB - YENİLƏNİB"Bir müdət idi ki, Babək prospektində çökmə yox, asfalt örtüyünün qabarması halı müşahidə olunurdu. Bu vəziyyət, sadəcə, yolda yox, səkidə və səkidən kənar hissələrdə də var idi.

Bu sözləri Azərbaycan Dövlət Avtomobil Yollarının sözçüsü Anar Nəcəfli qafqazinfo-ya açıqlamasında bildirib. O qeyd edib ki, əraziyə texniklər cəlb olunub və araşdırma aparılıb:

"Aydın oldu ki, bu yol əvvəllər neft tullantılarının ərazisi olub. Yol həmin neft tullantılarının üzərindən çəkildiyinə görə, kiçikhəcmli bir problem yaşanıb. Yəni yolun yeni təmir olunmasının buna heç bir aidiyyəti yoxdur. Bu qabarmalar yolun kənarlarında da müşahidə olunur. Cəmi 2-3 kvadrat metrlik ərazidə bu hal yaşanıb və həmin ərazi qaşınaraq yenidən bərpa olunur.

Bu səbəbdən yolun 200 metrlik hissəsi bağlanıb. Avtonəqliyyat vasitələrinin hərəkəti yardımçı yol vasitəsi ilə təmin edilib".

Mətbuat katibinin sözlərinə görə, yolda təmir işləri axşam saatlarına kimi başa çatacaq.

***

Bakıda yeni əsaslı təmirdən çıxan prospektdə yol çöküb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Babək prospektinin "Monte Karlo" restoranı yaxınlığındakı hissəsində asfalt örtüyü təxminən 100 metr məsafədə çöküb və çuxur yaranıb.

Hazırda yol həmin hissədə maşınların hərəkəti üçün bağlanıb. Asfaltın həmin hissəsində üst örtüyü qaşınıb və bərkitmə işləri aparılıb. Bu gün axşam saatlarına kimi yolun istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, prospekt dekabrın 10-da sürücülərin istifadəsinə verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 996   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021