Paşinyan və Putin arasında "Köçəryan bazarlığı" – "İrates"dən şok məqalə

Paşinyan və Putin arasında "Köçəryan bazarlığı" – "İrates"dən şok məqalə"İlin əvvəlindən etibarən Ermənistan cəmiyyətinin diqqəti yeni parlamentin üzərinə fokuslanıb. Cəmiyyətin müəyyən hissəsi ümidlidir, digər hissəsi isə yeni parlamentin şou göstərdiyinə inanır".

Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "İrates" qəzetində dərc olnmuş analitik məqalədə bildirilib.

Məqalə müəllifi qeyd edir ki, yeni parlament ilk iclasını cəmiyyətin problemlərinə yox, Ermənistan daxilində gedən siyasi proseslərə həsr etdi:

"Belə aydın olur ki, yeni hökumət hələlik sosial-iqtisadi problemləri həll etməkdə maraqlı deyil.

Digər yandan isə keçən ilin son günləri və bu ilin əvvəlində Ermənistanda gedən ictimai-siyasi proseslərə təsir edəcək ciddi hadisələr baş verdi. Baş nazir Nikol Paşinyanın Moskva səfərindən dərhal sonra keçmiş prezident Robert Köçəryanın həbs edilməsi, Rusiya Prezidenti Vladimir Putinin onu yeni illə bağlı təbrik etməsi, Rusiyadan satılan qazın qiymətinin artırılması daxili gərginliyin yüksəlməsi baxımından əhəmiyyətli faktorlardır. Bunların Rusiya-Ermənistan münasibətlərinə təsir edəcəyi qaçılmazdır".

Məqalədə bildirilir ki, Ermənistanın həbs edilmiş keçmiş prezidenti Robert Köçəryan ətrafında maraqlı proseslər gedir:

"Robert Köçəryan ətrafında gedən proseslərin bazarlıq məsələsi olduğu üzə çıxdı. Hər iki tərəfin bu məsələdən istifadə etməyə çalışdığı açıq formada ortadadır. Köçəryanın həbsindən sonra Rusiyanın qazın qiymətlərini artırmaq istəyi, İrəvana verilmiş 300 milyon dollar kredit borcunun tələb edilməsi, hərbi-texniki əməkdaşlığa yenidən baxılması kimi Moskvanın gündəmə gətirdiyi məsələlər bura daxildir.

Köçəryanın həbsindən sonra Paşinyanın daxili reytinqinin yüksəldiyini görən Putinin Ermənistan hakimiyyətinə özgüvən verməsi onun bu ölkədə görülən işlərin əsas təşəbbüskarı olduğunu göstərir. Putin və rus dairələrinin daxildəki reytinqi yüksək olan Paşinyana praqmatik yanaşması diqqətçəkcidir. Lakin Moskva hələlik təzyiqləri açıq müstəvidə etmir, amma Paşinyanın daxili və xarici reytinqini aşağı salacaq bütün fəaliyyətləri dəstəkləyir.

Paşinyanın özü üçün də Moskva ilə əlaqələrin problemli olması kədərlidir. Buna görə də, 2018-ci ilin son hadisələrindən sonra Paşinyan Moskva ilə əlaqələrini müsbətə doğru dəyişdirməyə başladı.

Paşinyanın ən radikal pərəstişkarları belə ondan şübhələnməyə başlayıblar. Çünki Rusiya qazın qiymətini artırmaqla yanaşı, Ermənistanı KTMT-dəki mövqeyindən məhrum etməklə hədələyir. Paşinyan isə həm Rusiyaya yaxınlaşdığını hiss etdirmək istəmir, həm də öz daxili imicini qorumağa çalışır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2295   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel