Əhaliyə sürpriz - yeni dövlət lotereyası başlayır – ŞƏRTLƏR
Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız ödənişərin inkişafı üçün fevral ayından yeni lotereyaya başlayır. Sonxeber.az fed.az-a istinadla xəbər verir ki, şərtlərə görə, "Kartla ödə, kartla qazan" lotereyasında hər 5 manat və ondan yuxarı ödəniş bir şans verir.
Bu yalnız kartla posterminallarda aparılan ödənişlərə aiddir.
Lotereyada uduş standart məbləğdir. Kartın sahibinin şesabına 50 manat ödəniləcək. Tiraj ayda bir dəfə keçiriləcək və hər tirajda 600 nəfər udacaq.
Lotereya bütün ölkə ərazisində keçiriləcək və burada bütün bank kartlarının sahibləri iştirak edə biləcək.
Bundan başqa, bu lotereyada iştirak qeyri-ixtiyari olacaq, yəni müştəri lotereyada iştirak etmək üçün ayrıca müraciət etməl olmayacaq – ödəniş edildiyi andan kart sahibi loereyanın iştirakçısına çevriləcək. Tiraj keçirildikdən sonra isə uduş məğləği həmin karta keçiriləcək.
Lotereya ilə bağlı digər maraqlı məqam odur ki, burada 5 manat və daha artıq ödənişlər bir şans verir. Yəni 5 manatlıq da, 50 manatlıq ödəniş də eyni olaraq bir şans verir. Bu mənada müştərilər üçün daha sərfəli variant iri ödənişləri bir neçə kiçik hissələrdə aparmaqdır. Bu üsul lotereyada udmaq şansını artırır.
Yeri gəlmişkən, ödəniş terminallarında edilən ödənişlər və internet ticarət (yəni kommunal xərclərin və ya digər alışların internet üzərindən ödənilməsi) bu lotereyaya aid olmayacaq. Söhbət yalnız posterminallarla aparılan ödənişlərdən gedir.
Beləliklə, bu lotereyanın işə düşməsinən sonra ölkə vətəndaşları, daha dəqiqi kart sahibləri kart ödənişləri vasitəsilə ikinci üstünlüyü əldə edəcəklər. Belə ki, bu lotereya ilə yanaşı, Vergi Məcəlləsinə 2019-cu ildən edilən dəyişikliyə əsasən, kartla ödəniş edənlər ƏDV-nin 15%-ni geri ala biləcəklər.
Hökumət və dövlət qurumları hesab edir ki, bu üsullar ölkədə kartla aparılan qeyri-nağd dövriyyənin artmasına və iqtisadiyyatın kölgədən çıxmasına imkan verəcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3521 Tarix: 21 yanvar 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq
Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy
29 martSabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər
Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs
29 martXƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək
Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1
29 martAzərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat
29 martAzərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy
29 mart"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama
Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d
29 martAzərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin b
29 martAlimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA
Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti
29 mart