Qızların ömrünü kəsənlər: selektiv abortun qarşısı necə alınmalıdır?- VİDEO- ARAŞDIRMA

Qızların ömrünü kəsənlər: selektiv abortun qarşısı necə alınmalıdır?- VİDEO- ARAŞDIRMAMüasir dövrdə aktual problemlərdən biri də abortlardır. Cəmiyyətimizin hələ də köhnə düşüncli insanların "mütləq oğlan olmalıdır" basqısı qadınların abort etdirməsinə gətirib çıxarır. Valideynlər sırf istədikləri cins olmadığından gələcək uşaqdan imtina etməyə hazır olurlar. Bu halda uşağın cinsi mənsubiyyətinə görə hamiləliyin süni pozulması - selektiv abort halları artır. "Report" mövzu ilə bağlı araşdırma aparıb.

Mama-ginekoloq Rəşad Soltan bildirib ki, bəzi hallarda selektiv abortla ümumi abort qarışdırılır: "Həkim üçün xəstənin dini, irqi baxımından heç bir fərqi yoxdur. Biz insanın həyati təhlükəsi ilə birbaşa üz-üzə qalırıq. Ona görə də bizə görə insanın cinsiyyətinin fərqi yoxdur. İnsanlar başa düşməlidir ki, dünya əhalisinin cinsiyyət nisbətini dəyişmək olmaz. Qız övladı belə sizin övladınızdır. Selektiv abort yolverilməzidir".

Mama-ginekoloq Turab Canbaxışov həkim olaraq ailələrdə övlad seçimində cins fərqinin şahidi olduqlarını söyləyib: "Çünki çoxuşaqlı ailədə valideynlərin övlad seçimi ilə təbii haqları ola bilər. Biz bəzi şeylərə qanuni icazə verməsək, onda bu, qeyri-qanuni olacaq. Bəllidir ki, 12-ci həftədə körpənin cinsiyyəti məlum olur. Bu müddətdən sonra edilən abortların 80-85 faizi qız uşağı olur. Burada yenə ailələrin istəyi ortaya çıxır. Doğulan uşaqların sayı 5 il əvvəllə müqayisədə indi oğlanlara nisbətdə dəyişib".

Deputat Musa Quliyev isə deyib ki, bu sahədə qanunvericilikdə boşluq var: "Qanunda nəsə qadağan olunmursa, deməli, ona icazə var. Odur ki, yeni hazırlanan qanun layihəsi xüsusi tibbi göstəriş olmadığı halda, uşağın cinsinə görə ultrasəs müayinəsinin aparılmasını qadağan edəcək. Həmçinin 12-ci həftədən sonra abort olunarsa belə, ailənin istəyinə və sosial göstəricilərə görə deyil, yalnız tibbi göstərişlə olmalıdır. Abort barədə bir həkim yox, konsilium nəticəsində qərar verilməlidir. Qanun qəbul edildikdən sonra bunu pozanlarla bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulacaq. İstənilən halda maarifləndirməyə ehtiyac var".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova vurğulayıb ki, ana bətnində körpənin qız olduğunu bildikdən sonra onun öldürülməsi əsl vəhşilikdir: "Bu, birbaşa qadınlara qarşı zorakılığın təməlini qoyur, həmçinin digər zorakılıq faktları üçün ciddi təməl yaradır. Oğlan uşaqlarının çox olması qız uşaqlarına münasibətdə davranışı formalaşdıra bilmir. Yaxud qızın az olması hansısa mühitdə oğlanlarda daha çox cinsəl maraqları çoxaldır. Təhsilli insanların bu üsula əl atacağını düşünmürəm. Heç dində də belə bir şey yoxdur ki, get övladını öldür".

Azərbaycanlı ilahiyyatçı - din xadimi Hacı Şahin Həsənli qeyd edib ki, övlad tanrının insana bəxş etdiyi nemətdir: "Hədislərə görə, qız övladı oğlana nisbətən daha üstün hesab edilir. Bunu həyat təcrübəsi də sübut edir. Qız valideynlərə qarşı daha vəfalı olur. Evdə qız uşağı varsa, sevinc daha çox olur. Hədislərdə deyilir ki, üç qız tərbiyə edən insana cənnət vacib olar. Oğlan nemətdirsə, qız rəhmətdir. Bu da Allahın xüsusi hədiyyəsidir. İnsanların cinsə görə övladını öldürməsi vəhşilikdir. Müasir dövrdə bu kimi mövzuların gündəmdən çıxmasına ehtiyac var".

Klinik psixoloq Lalə Hüseynova bildirib ki, xanımlarda, adətən, birinci abortdan sonra günahkarlıq hissi yaranır: "Onlar düşünürlər ki, "mən öz uşağımı öldürdüm". Günahkarlıq da həmişə eyni formada qalmır. Bu sonradan davranışa öz təsirini göstərir, insan aqressivləşir və sonra bu, intihara qədər gətirib çıxara bilər. Uşaq dünyaya gətirərkən cinsiyyət barədə deyil, onu necə tərbiyə etmək və sağlam şəxsiyyət yetişdirmək düşüncəsi olmalıdır. Oğlanı da dünyaya gətirən bir qadındır. Ona görə də cins fərqi vacib deyil".

Qeyd edək ki, orta hesabla dünyada 50 saniyədən bir abort edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1859   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Report-a isinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağıro

18 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel
.

Bakıda məmur olmaq istəyən qadının başına oyun açdılar

Bakıda qadına qarşı dələduzluq edilib. -ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub. Zərərçəkən ifadəsində təxminən 1 il bundan öncə Anar adlı şəxsə 20 min manat manat verdiyini amma qarşılığınd

18 aprel
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı 9 yaşlı Ləfxanımın qızın toyu olub. xəbər verir ki, bu barədə görüntülər "Günə son" verilişində nümayiş olunub. Goranboy rayonunun Ağca kəndinə yollanıb. Ləfxanımın 32 il sonra qayıtdığı doğma yurdund

18 aprel
.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel
.

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğund

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel