İşdən çıxarılandan sonra Azərbaycandan köçən məmurlar: Onlar indi haradadır?

İşdən çıxarılandan sonra Azərbaycandan köçən məmurlar: Onlar indi haradadır?Sonxeber.az bildirir ki, AZXEBER.COM vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda xaricdə yaşayan sabiq məmurlarla bağlı araşdırma aparıb.

Milli Məclisin sabiq sədri Rəsul Quliyev hazırda ABŞ-da yaşayır. 1993-1995-ci illərdə ölkə parlamentinə rəhbərlik edən R.Quliyev hələ Bakı Neftayırma zavoduna rəhbərlik etdiyi dövrdən korrupsioner məmur kimi ad çıxarmışdı. Hətta yaxın ətrafı "Rəsul Quliyev həm "yeyir", həm də "yedizdirir" təbliğatını apararaq, onu təmizə çıxarmağa çalışırdılar.

Vaxtilə iqtidarı tənqid edənləri topa tutan R.Quliyev vəzifədən azad ediləndən sonra ABŞ-a köçdü və hazırda okeanın o tayında yaşayır. Bir neçə dəfə Azərbaycana qayıdacağı anonsunu versə də, buna cəsarəti çatmayıb və sadəcə uzaqdan-uzağa qeybətçiliklə məşğul olub. Florida ştatında dəyəri 10 milyonluq villada yaşayan və 23 ildir işsiz olan eks-spikerin bu sərvəti hansı yollarla əldə etdiyi heç kəsə sir deyil.

Sabiq Baş nazir Fuad Quliyev hazırda Ukraynada yaşayır. Yüksək vəzifədən azad edildikdən sonra ümumiyyətlə diqqətdən kənarda qalan F.Quliyevi cəmiyyətdə çoxları tanımır. Baş nazir postunu Sürət Hüseynovdan alıb, Artur Rasizadəyə təhvil verən F.Quliyev ixtisasca iqtisadçıdır. Son təyinata qədər bir çox yüksək vəzifələrdə və Baş nazirin müavini vəzifəsində çalışıb.

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov hazırda Rusiyada yaşayır. "İstiqlal" ordeni ilə vəzifədən azad edildikdən sonra Moskvaya köç edən A.Abbasov Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədridir. Cəmiyyətdə daha çox "Moskvanın adamı" kimi tanınan A.Abbasov rəsmi olmasa da, özünü Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri kimi təqdim edir.

Sabiq Xarici İşlər naziri Tofiq Qasımov hazırda İsveçrədə yaşayır. 2000-ci ildən siyasi fəaliyyətini donduran T.Qasımov əvvəlcə Türkiyəyə getsə də, sonradan yolunu Avropadan salıb. Lütsern Universitetində çalışan sabiq nazir 20 ilə yaxındır sırf elmi fəaliyyətlə məşğul olur. 1992-1993-cü illərdə ölkənin diplomatik siyasətinə rəhbərlik edən T.Qasımov bir müddət Müsavat Partiyasının Divan üzvü olub.

Milli Məclisin sabiq deputatı Rza İbadov hazırda Fransada yaşayır. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin uzvü, 1995-2000-ci illərdə isə Milli Məclisinin Beynəlxalq Münasibətlər Komissiyasının sədri işləyən R.İbadovun Londonda sahibkarlıq fəaliyyəti məşğul olduğu iddia olunur. Ara-sıra Bakıya gələn Rza İbadov mətbuata müsahibələr versə də, ümumiyyətlə ictimai-siyasi fəaliyyətlə məşğul deyil.

Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Becan Fərzəliyev hazırda Türkiyədə yaşayır. Qardaş ölkədə elmi araşdırmalar aparan sabiq Baş nazirin "Nobel" mükafatına da iddialı olduğu deyilir. Siyasi fəaliyyəti heç də uğurla olmayan, təmsil olunduğu hökümətə dönük çıxan B.Fərzəliyevi cəmiyyətdə çox az adam tanıyır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9052   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel