Neft Daşlarında meydança ÇÖKDÜ

Neft Daşlarında meydança ÇÖKDÜ17-18 yanvar tarixlərində hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunub.
Sonxeber.az xəbər verir ki, SOCAR-dan modern.az-ın sorğusuna verilən cavabda bildirilir ki, kəskin hava şəraiti ilə əlaqədar proqnozlara uyğun daha əvvəl təxliyyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qaytarılıb.

Qeyd edilib ki, hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların araşdırılması və qiymətləndirilməsi davam etdirilir:

"Bu ana gədər toplanmış məlumatlara əsaslanaraq məlum olub ki, önləyici tədbirlər insan tələfatının qarşısını alıb və iqtisadi itkiləri minimuma endirib. Fəsadların qısa perspektivdə ümumi məhsul itkisinə və illik hasilat göstəricilərinə təsiri qiymətləndirilir və uzunmüddətli perspektivdə SOCAR-ın dənizdə aparılan neft-qaz əməliyyatlarında etibarlılığın və effektivliyinin artırılması məqsədi ilə öyrənilmiş dərslərdən nəticə çıxarılmaqdadır".

Rəsmi məlumata görə, əraziyə baxış keçirilərkən müəyyən edilib ki, "Neft Daşları" NQCİ-nin istehsalat ərazisində, "Palçıq-pilpiləsi" yatağında 1967-ci ildə istismara verilmiş 1047 saylı meydança çöküb, Neft Daşlarının II, III və IV mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılıb:

"Nərimanov NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılıb, 588 saylı meydançadan 730 saylı meydançaya gələn neft-qaz xətti yüngül zədələnib. Digər yataqlarda belə hallar aşkar olunmayıb.

Hazırda tufan nəticəsində yaranan fəsadların aradan qaldırılması tədbirlərinə başlanıb".

"SOCAR bundan sonra da hava şəraiti ilə bağlı verilən hava proqnozuna uyğun riskləri dəyərləndirəcək və vacib önləyici tədbirləri görəcəkdir",-deyə rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 17-dən 18-nə keçən gecə şiddətli qasırğa nəticəsində dənizdə küləyin sürəti saatda 140-150 km həddinə çatmış, dalğaların hündürlüyü bəzi yerlərdə 10 metrdən çox olub. Qasırğalı hava şəraiti ilə bağlı risklərin öncədən dəqiq qiymətləndirilməsi və genişmiqyaslı qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində insan tələfatının qarşısı alınıb, böyük iqtisadi itkilərə yol verilməyib, gündəlik qaz təchizatında və neft emalı zavodlarının xammalla təminatında heç bir problem yaranmayıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2762   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021