Bakıda 26 yaşlı oğlanla 20 yaşlı qız yoxa çıxdı

Bakıda 26 yaşlı oğlanla 20 yaşlı qız yoxa çıxdıBakıda 2 nəfər itkin düşüb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinə müraciət edən 1986-ci il təvəllüdlü İlahə İbrahimova 26 yaşlı oğlu İbrahimin "Hyundai Sonata" markalı avtomobillə yaşadığı ünvanı tərk etdiyini və geri qayıtmadığını bildirib.

Qadın əlavə edib ki, oğlu ilə telefon əlaqəsi yaratmaq da mümkün olmayıb. O, övladının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.

Bundan başqa Nərimanov rayon Polis İdarəsinə müraciət edən Ramiz Əsgərov adlı şəxs qeyri-rəsmi nikahda yaşadığı 20 yaşlı Əfsanə Vəliyevanın naməlum şəraitdə yoxa çıxdığını bildirib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə   Baxılıb: 1169   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR