"Mehman Hüseynovu tanımıram, tanımaq da istəmirəm"

"Mehman Hüseynovu tanımıram, tanımaq da istəmirəm"Xəbər verdiyimiz kimi, yanvarın 21-də həbsdə olan blogger Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Bununla bağlı big.az olaraq deputat Araz Əlizadənin fikirlərini öyrənməyə çalışdıq. Millət vəkili Mehman Hüseynovu tanımadığını bildirib:

"Cənab prezidentimiz alicənab, xeyirxahdır. O, hər zaman insanlara mərhəmət göstərir. Arzu edərdim ki, çoxları ondan nümunə götürsün. Mən Mehman Hüseynovu tanımıram. Məhz ona görə onun haqqında heç bir proqnoz verə bilmərəm".

Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan bununla bağlı olaraq Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib. Bundan əlavə yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb.

Aysel Yusifqızı

Sosial   Baxılıb: 2533   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR