"Mehman bundan əvvəl də prezidentə müraciətlər edib"

"Mehman bundan əvvəl də prezidentə müraciətlər edib""Blogger Mehman Hüseynovun cənab prezident İlham Əliyevə müraciət etməsi ölkə başçısına olan inam və etimadın nümunəsidir. Dövlət başçısının Mehman Hüseynov məsələsinə dərhal reaksiya verilməsi humanizmin nümayişidir"

Sonxeber.az xəbər verir ki, bu fikirləri azvision.az -a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, baş verənləri radikal müxalifət düşərgəsi həzm edə bilmir: "Belə fikirlər səsələndirirlər ki, guya müraciəti Mehmanın özü yazmayıb. Biz bunlara fikir verməməliyik, irəliyə baxmalıyıq. Əsas məsələ Mehmanın azadlığa qovuşmasıdır. Biz bu məsələdə ona dəstək verməliyik".

Hüquq müafiəçisi qeyd edib ki, Mehman Hüseynovla görüşündə bundan əvvəl də ölkə başçısına müraciət etdiyini söyləyib: "Mehman İctimai Komitənin üzvləri görüşəndə bizə ətraflı məlumat verdi. Xahiş etdi ki, fikirlərini cənab prezidentə, cəmiyyətə, müvafiq qurumlara çatdıraq. Biz ona verdiyimiz sözə əməl etdik. Mehman Hüseynov görüşdə bildirdi ki, daha əvvəl də ölkə başçısına müraciətləri olub. Bu baxımdan həmin müraciət 100 faiz Mehmanın özü tərəfindən edilib. Burada başqa məsələlərdən söhbət gedə bilməz. Müraciətində aydın şəkildə hər şeyi ifadə edib. Cənab prezident də humanistlik nümayiş etdirdi və prokurorluğa tövsiyə etdi ki, prosesi obyektiv, hərtərəfli araşdırsınlar. Bunun nəticəsi olaraq artıq onunla bağlı cinayət işinə xitam verilib. Bu, bir daha sübut edir ki, cənab prezidentin fəaliyyətinin əsasında humanizm, mərhəmət durur. 10 fevral 2017-ci il tarixli sərəncamı ilə cəza siyasəti humanistləşdirildi. Təkcə bir faktı qeyd edim ki, ölkə başçısı 2003-cü ildən bu günə qədər 34-dən artıq əfv sərəncamı imzalayıb. Bunun nəticəsində 5 mindən artıq şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Hətta onlar arasında ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər də olub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1076   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart