Nazirdən xəbərdarlıq: Ciddi çətinliklər yaradır

Nazirdən xəbərdarlıq: Ciddi çətinliklər yaradırVergilər Nazirliyində ticarət fəaliyyəti ilə məşğul olan aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

"report"un Nazirliyin Media və kommunikasiya mərkəzindən əldə etdiyi məlumata görə, görüşdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər, ticarət sektoruna dair qanunvericilikdə təsbit edilmiş yeni tələblər, vergi uçotunun şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin və əmək münasibətlərinin leqallaşması ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar barədə məlumat verərək bildirib ki, Vergilər Nazirliyi vergi orqanları ilə vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması ilə bağlı açıq siyasət həyata keçirir. O, "kölgə iqtisadiyyatı"nda fəaliyyət göstərməyin düzgün və davamlı yol olmadığını, "ikili" hesabatlığın təkcə vergitutma baxımından deyil, həm də müəssisələrin hesabatlılığı, kapitallaşması, investisiya cəlb etməsi və bank resurslarına çıxışı baxımından da çətinliklər və məhdudiyyətlərə səbəb olduğunu diqqətə çatdırıb. Bu praktikaların və davranışların, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməməsi, gəlirlərin gizlədilməsi, əmək haqlarının reallıqda olduğundan aşağı göstərilməsinin təkcə dövlət üçün deyil, vətəndaşların sosial hüquqları baxımından ciddi çətinliklər yaratdığını qeyd edib.

Nazir ticarət sektorunun ÜDM-in formalaşmasında yüksək xüsusi çəkiyə malik olduğunu qeyd etməklə yanaşı bildirib ki, "kölgə iqtisadiyyatı"nın elementlərinə daha çox rast gəlinən sahələrdən biri də məhz bu sahədir.

Mal dövriyyələrinin sənədləşməsi və mühasibatlığın düzgün aparılmasında mövcud olan ciddi nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayan M.Cabbarov vergi orqanlarının məqsədinin sanksiyaların tətbiqi deyil, dövriyyələrin leqallaşması, hamının bərabər, leqal şərtlər əsasında işləməsi olduğunu bildirib. Vergi qanunvericiliyində 2019-cu ildən qüvvəyə minmiş dəyişikliklərin buna əyani misal olduğunu deyən nazir ilk dəfə qanun pozuntusu aşkarlanan zaman xəbərdarlıq mexanizminin tətbiq edilcəyini, vəsaitlərin bank hesablarından silinməsinin onların dondurulması ilə əvəzlənəcəyini də diqqətə çatdırıb.

Vergilər naziri vergi öhdəliyini azaltmaq üçün ən müxtəlif səviyyələrdə uzun illər ərzində formalaşmış olan bəzi düzgün olmayan praktikalardan imtina etməyi, onların biznes üçün fayda gətirmək əvəzinə, sanksiyalarla üzləşmə ehtimalı yaratdığını diqqətə çatdıraraq 2018-ci ildə bir sıra sahələrdə problemli məsələlərin üzərinə gedildiyini, "kölgə iqtisadiyyatı"nda fəaliyyət göstərən sahələrin dövriyyələrinin leqallaşdırıldığını, həmin sektorlar üzrə bazarda qaçaq malın satış payının dəfələrlə aşağı düşdüyünü və eyni yanaşmanın digər sektorlarda da tətbiq ediləcəyini bildirib.

Qeyd olunub ki, son iki ildə ticarət sektorunda yayındırılan dövriyyənin həcminin böyük rəqəmlərlə ölçülməsinə baxmayaraq, bu sahədə çalışan vergi ödəyicilərinin təqdim etdiyi bəyannamələrdə əmək haqlarının aşağı səviyyədə göstərilməsi sual doğurmaya bilməz. Bu halların vergidən yayınma risklərinin aşkar əlamətlərinin mövcudluğu kimi dəyərləndirən nazir bunun yolverilməz olduğunu qeyd edib.

M.Cabbarov Azərbaycan iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan asılı olduğunu, vergi orqanlarının məqsədinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaq deyil, əksinə, onların fəaliyyətini stimullaşdırmaqdan, leqal şərtlərlə rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində ciddi və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı dövlət qurumları qarşısında mühüm vəzifələr qoyduğunu bildirən nazir sağlam və hamı üçün eyni rəqabətlilik mühitinin formalaşdırılmasının təkcə dövlətin deyil, hər bir sahibkarın da marağına uyğun olduğunu qeyd edib. Təklif olunan şəffaf münasibətləri qəbul etmək istəməyən, əvvəlki kimi qeyri-leqal fəaliyyət göstərməyə üstünlük verənlərə qarşı isə vergi orqanları fərqli yanaşma göstərəcək.

Sonra tədbirdə iştirak edən vergi ödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3927   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O bildirib ki, səsləndirilən fikirlər

25 aprel
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart