Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLAR

Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLARBu gün Şərqdə ilk opera yazan azərbaycanlı qadın bəstəkar Şəfiqə Axundovanın doğum günüdür. Xalq artisti yaşasaydı, 95 yaşını qeyd edəcəkdi.

Mərhum sənətkarın həm həyatda, həm də sənətdə dostu olmuş xalq artisti Flora Kərimova onunla bağlı xatirələrini azvision.az-la bölüşüb.

Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLAR

"Şəfiqə Axundova mənim ilk bəstəkarım olub. Özbəkistanın birinci katibi Şərəf Rəşidovun "Kəşmir mahnıları" poeması əsasında eyni adlı mahnı bəsətləyib, birinci dəfə mənə həvalə edib. Yadımdadır, onda uşaq idim. Mənə evinin ünvanını verdi. Qışın oğlan çağında iki saata yaxın axtardım. Çünki mən ona demişdim ki, o yeri tanıyıram. Sən demə, səhv bilmişəm, orada yaşamırmış. Sonra axtara-axtara gedib tapdım. Əlim, ayağım soyuqdan donmuşdu. Qapını açanda gördü ki, yaman haldayam. Çay verib, canımı isidəndən sonra məşqə başladıq.

Müğənni Brilliant Dadaşovanın anası yol qəzasında rəhmətə gedəndə o, çox məyus olmuşdu. Onda Brilliant xanımı tanımırdım, oxumurdu. O qadını çox tərifləyirdi. Deyirdi, elə insanlar var ki, belə tez ölməyə layiq deyillər.

Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLAR

Çox mahnılarını oxumuşam. Dünyasını dəyişməmişdən öncə vəsiyyət etdi ki, öləndə onu "Həyat sən nə şirinsən?!" mahnımın sədaları altında dəfn etsinlər. Elə də etdik. O, mənə bir not bağışlamışdı, orada "Sənin Şəfiqən" yazmışdı. Yubileyi olanda flarmoniyanın səhnəsində mən də dedim: "mənim Şəfiqəm".

Mən ona bu günümə görə borcluyam. Özünə çox qiymət verən, sözünün sahibi olan qadın və həlim insan idi. Onu çox incidirdilər. Baxmayaraq ki, Şərqin birinci opera yazan bəstəkar qadını idi".

Flora Kərimovanın sözlərinə görə, Şəfiqə xanım son gününə kimi oğlunun öldüyünü bilmirdi:

"Oğlunun ölümünü ondan gizlətdilər. Ancaq ana ürəyi başa düşürdü, ürəyinə damırdı. Oğlu Talehi görmək istəyirdi, deyirdilər, xəstədir, bəhanə ilə yayındırırdılar. Evlərində yas mərasimi veriləndə halsız idi, heç nəyə reaksiya verə bilmirdi. Biz onun yanına gedirdik, həsrətlə üzümüzə baxırdı ki, niyə gizlədirsiniz, mən anayam. Şübhə içində dünyasını dəyişdi. Bacısı Rəfiqə xanım min bəhanə gətirirdi. And içib onu aldadırdıq ki, oğlun sağdır. Onun həyat naxışı əvvəlcədən düz gətirmədi".
Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLAR

Xalq artisti Gülyanaq Məmmədova isə Şəfiqə xanımla ilə ilk tanışlığını belə xatırlayıb:

"Şəfiqə xanımla ilk görüşüm 1995-ci ilə təsadüf edir. Flarmoniyada onun yubileyi olmalı idi. Mənim də yeni tanınan vaxtlarım idi. Azərbaycan Televiziyasında bir neçə yadda qalan çıxışlarım olmuşdu. Onun xoşuna gəlmişdi, demişdi, bu qızı tapın, yanıma gəlsin. Bəstəkarların binasında yaşayırdı. Evlərinə getdim. Flora Kərimova, Təranə Vəlizadə də orada idi. Şəki ləhcəsi ilə mənə dedi, sən şəkili deyilsən? Dedim, bəli. Dedi, istəyirəm sən mənim "Şəki" mahnımı oxuyasan, o mahnımı eşitmisən? Dedim, elə şeymi olar ki, eşitməyim, Şövkət Ələkbərova da ifa edib. Dedi, ay sağ ol, gör mən kimlərlə işləmişəm. Böyük sənətkarlar mahnımı oxuyub. "Gözüm üstə, oxuyaram" deyib oxudum. Xoşuna gəldi. Dedi, mənim bir hind mahnım da var, onu da oxu. Heç vaxt hind mahnısı oxumamışdım, amma "yox" da deyə biləmədim. Dedim, öyrədin, oxuyum. Maraqlı mahnı idi. Flarmoniyada gözəl konserti baş tutdu. Ondan sonra Şəfiqə xanımla çox yaxın olduq.
Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLAR

Ailə bizə o qədər doğma idi ki, onu anam və ya nənəm hesab edirdim. Zarafatımız, deməyimiz-gülməyimiz olurdu. Bəzən keçmişi ilə bağlı elə suallar verirdim ki, qaça bilmirdi, məzə ilə cavab verirdi. Eyni zamanda deyirdi, Gülyanaq, qoy çoxlu uşağın olsun. Mən böyük səhv etmişəm ki, bir övlad dünyaya gətirmişəm. Bir oğlum var, o da özün görürsən ki, nasazdır. Elə bilirəm ki, Gülyazla sən mənim qızlarımsınız. Dəfələrlə gedib evimə gətirmişəm, qulluğunda durmuşam. Axrıncı övladımdan başqa hamısını qucağına alıb.

Bəzən qıraqdan deyirdilər ki, bacısı ilə küsülüdür və s. Boş şey idi. Bacısı Rəfiqə xanım həmişə onun qulluğunda dururdu. Hətta "Bacılar" mahnısını yazmışdı. Mahnı küsüb barışmaqdan bəhs edirdi. İstəyirdi biz oxuyaq. Bacısı dedi, ay Şəfiqə, camaat da elə biləcək ki, mahnı bizdən bəhs edir. Biz də oxumadıq".
Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLAR
Müğənninin sözlərinə görə, bəstəkar ona balaca gözmuncuğu da bağşlayıbmış.

""Gəl, ey səhər" mahnısını mənə göstərib dedi ki, öz taleyindən bəhs edir və mənim onu oxumağımı istəyir. Mahnının vokalitslərdən birinə təklif etməsini xahiş etsəm də, razılaşmadı. Dedi, yox, sən oxu. 3 ildən sonra oxuyanda iki əlini başına çırpıb ağalamağa başladı. Məm də o mahnını ağlaya-ağlaya oxumuşdum. Üzərində balaca gözmuncuğu gəzdirirdi. Çıxardıb mənim yaxama taxdı. Ölən günə qədər başının üstündə oldum. Gözünü açırdı, üzümü sığallayırdı, huşu gedirdi. Onun üçün oxudum, gülümsədi. Mən çıxandan sonra canını tapşırdı.

Həyat yoldaşından tez ayrılmışdı, oğlunu 45-50 yaşında itirdi. Çox talesiz qadın idi. Oğlu öləndən sonra birdən soruşurdu ki, Taleh nətərdir? Sonralar soruşmadı, yəqin ölümü ilə barışdı. Həmişə deyirdi ki, mən "Aygün" filmindəki həyatı yaşamışam".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3564   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021