Rusiya raket kompleksini yox edən silah Azərbaycanda: Ermənistanı silkələyən "GECƏ QATİLLƏRİ" - FOTO

Rusiya raket kompleksini yox edən silah Azərbaycanda: Ermənistanı silkələyən "GECƏ QATİLLƏRİ" - FOTOYanvarın 21-də gecə saatlarında Suriyada İsrail tərəfindən məhv edilən Rusiya istehsalı "Pantsir-S1" zenit-raket kompleksi İsrailin "SkyStriker" pilotsuz uçuş aparatı ilə vurulub.

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu barədə hərbi ekspert Vladislav Şurıqin yazıb.

Şurıqinin sözlərinə görə, bu döyüş sursatının tətbiqi gündüz vaxtı müəyyən problemlər yaradır, çünki onu hətta atıcı silahla vurmaq mümkündür. Lakin ekspert qeyd edir ki, gecə vaxtı "kamikadze-dron" "sürüsünün" hücumu rəqib üçün ciddi problem yarada bilər.

Məlumata görə, yanvarın 21-də yerli vaxtla 02:11-dən 02:56-ya qədər İsrail hərbi aviasiyası qonşu dövlətin qərb, cənubi-qərb və cənub hissələrinə hücum edib. İsrail hərbçiləri Suriyanın hava hücumundan müdafiə güclərinin iki kompleksinin məhv edilməsinin videoyazısını dərc ediblər. Onlardan biri "Pantsir-S1" artilleriya-raket kompleksinin olduğu bildirilir.

Rusiyanın müasir silah komplekslərindən birinin "SkyStriker" pilotsuz uçuş aparatı ilə vurulması Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan üçün ciddi təşviş yaradan hadisə sayıla bilər. Çünki, Azərbaycan Silahlı Qüvvələri öz cəbbəxanasını İsrailin "Elbit Systems" şirkətinin istehsal etdiyi "SkyStriker" idarə olunan uçuş aparatları ilə zənginləşdirib. Bu barədə ötən günlərdə İsrailin "Jerusalem Post" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Azərbaycan sözügedən hərbi komponenti əldə edən ilk xarici ölkədir.

"Kamikadze dron" o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir.

"SkyStriker" iki saata qədər havada qala bilir. Dronu idarə edən şəxs onu hədəfə doğru yönəldə, praktiki olaraq təmas nöqtəsinə çatdıra bilər və eyni zamanda, hücumu ləğv etmək imkanına da malikdir. Uçuş vaxtı diqqətə layiq hədəf müəyyən edilməyibsə, PUA geri qayıda və paraşütün köməyi ilə yerə enə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun ixtiyarında artıq İsrailin "Israel Aerospace Industries" (IAI) şirkətinin istehsalı olan "Harop" və "Aeronautics Defense Systems" (ADS) şirkətinin istehsalı olan "Orbiter 1K" ("Zərbə-K") birdəfəlik kiçik zərbə PUA-ları var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib. "Harop"dan fərqli olaraq, "SkyStriker" və ADS "Orbiter 1K", demək olar ki, səssizdirlər, belə ki, elektrik mühərrikləri ilə hərəkətə gətirilirlər.

Hərbi ekspert, "Avrasiya.Ekspert" portalının müəllifi Aleksandr Yermakovun sözlərinə görə, dronun taktiki üstünlüklərindən biri sutkanın qaranlıq vaxtlarında kiçik hədəflərə qarşı təkbaşına gizli zərbələr endirmə qabiliyyətinin olmasıdır.

"Elbit Systems" isə İsrail Hərbi sənaye kompleksinin PUA istehsalı üzrə ixtisaslaşmış dünyaca məşhur şirkətidir. O, İsrail silahlarını istehsal edən bəlkə də dünyanın ən böyük və ən məşhur özəl silah istehsalçısıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2572   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarabağdakı antiterror tədbirlərindən yeni görüntülər - VİDEO

Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb. Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Bizim.Media-nın yaydığı görüntüləri təqdim edir

8 fevral
.

İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ

İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu

14 aprel
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel
.

Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO

"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni

14 fevral
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel
.

Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi

Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu

31 mart
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel
.

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb

20 yanvar