"Maşın bazarı"nda yazılmamış - QAYDALAR

"Maşın bazarı"nda yazılmamış - QAYDALARBu ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq. Bu, Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub ki, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır. Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb.

Mühərriki kiçik avtomobillərlə bu fərq nisbətən kiçik olsa da, daha böyük mühərrik həcminə malik avtomobillər üçün aksiz vergisinin məbləği 10 minlərlə manat artacaq. Bu isə, son nəticədə xaricdən gətirilən avtomobillərin bahalaşması ilə nəticələnəcək. Dəyişikliyə əsasən, 2 litr həcmli mühərriklə təchiz edilən avtomobilin idxalına görə, 600 manat (ötən il 400 manat), 2,2 litrli mühərrik üçün 1600 manat (ötən il 1000 manat), 3 litr mühərriklə təchiz edilən avtomobilə görə, 5600 manat (ötən il 3400 manat), 5,7 litrlik mühərrik üçün 102,6 min manat (ötən il 59,4 min manat) aksiz vergisi hesablanacaq. Bu barədə Cəbhəinfo yazıb.

Artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir. Ekspertlər hesab edir ki, avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac, hətta qəzalar baxımdan problemlər yarada bilər. Mütəxəssislər buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyacın olmadığı qənaətindədirlər. Lakin gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımının cüzi olması məqsədəuyğun hesab olunur.

Eləcə də bax: Neftçalada yığılan avtomobillər necə satılır?

Son məlumatlara görə, ikinci əl avtomobil bazarında qiymətlər 20-40 faiz artıb. Tələbatın yüksəlməsinin əsas səbəbi kimi yeni avtomobillərin ölkəyə gətirilməsində tətbiq olunan gömrük rüsumlarının ciddi şəkildə artırılması göstərilir. Yuxarıda qeyd etdiyimiz kimi, bu amil bazarda qiymətlərin artması ilə yanaşı, həm də alıcı qıtlığı ilə müşahidə olunur. Yeni avtomobillərin təzə qərarla daha da əlçatmaz olması bu bazarda da vəziyyəti qəlizləşdirir. Yanvarın 1-dən etibarən qüvvəyə minən qərar hətta həmin dövrdən öncə ölkəyə gətirilən yeni avtomobillərin qiymətində də artıma səbəb olub. Bu avtomobil gətirənlər üçün əlavə xərclərin yaranmasına səbəb olduğu üçün baş verib. Qiymət artımı demək olar ki, bütövlükdə avtomobil bazarına mənfi təsirini göstərib.

Əməkdar jurnalist Azər Həsrətin də sözügedən məsələyə özünəməxsus yanaşması var. O, yaxınlarda Azərbaycanda avtomobil qəzalarının çoxunun köhnə nəqliyyat vasitələrinin üzündən baş verməsi barədə məlumatla tanış olduğunu deyib:

"Azərbaycan son illər ərzində xeyli inkişaf edib. Amma Azərbaycanın gözəlləşən mənzərəsini ölkədəki avtomobillər korlayır. Qəzalarda köhnə avtomobillərin iştirak payı heç də az deyil. Bəs, niyə insanlarımız köhnə avtomobillərə daha çox üstünlük verir? Özü də hər keçən il avtomobillər yenilənməkdənsə, köhnələrin sayı artır? Niyə, səbəb nədir?"

Azər Həsrətin gündəmə gətirdiyi məsələ əslində avtomobillərə tətbiq olunan gömrük rüsumlarının artırılması ilə bağlıdır. Yeni avtomobillərin böyük əhali kütləsi üçün əlçatmaz olduğunu nəzərə alsaq, köhnə avtomobillərin daha çox istifadə olunması zəruri haldır. Yerli bazarın qorunması məsələsi əslində burada öz aktuallığını itirir. Baxmayaraq ki, Azərbaycanda "Xəzər" avtomobilləri istehsal olunur, ancaq bu, tam yerli istehsal hesab olunmur. Çünki avtomobilin hazırlanması üçün lazımi avadanlıqlar idxal hesabına təmin edilir. Azərbaycan isə həmin avadanlıqların yalnız birləşdirilməsini həyata keçirir. Sözügedən avtomobillərin qiymətinin digər xarici istehsal avtomobillərindən fərqlənməsinin başlıca səbəbi də məhz budur. Yerli bazarla xarici avtomobil bazarında olan qiymətlərin müqayisəsinə Azər Həsrətin yanaşması ilə baxaq: "Gürcüstanda 2008-ci il istehsalı olan işlənmiş "Toyota Camry" avtomobilinin orta qiyməti 5 min dollardır (8500 manat). Azərbaycanda isə eyni maşın ən azı 2 dəfə və bəzən də daha artıq qiymətədir. O maşını Azərbaycanda 17-18 min manata almaq olar. Niyə bütün göstəriciləri ilə bizdən xeyli geri qalan Gürcüstanın vətəndaşları daha yeni maşınlar sürə bilməlidir, bizim vətəndaşlarsa yox?

Yeri gəlmişkən, Gürcüstanda 17 min manata "Toyota Camry"nin 2015-ci il buraxılışını almaq olar. Eyni maşının Azərbaycandakı qiyməti isə 25 min dollar - 42 min 500 manatdır. Səbəb odur ki, Azərbaycana avtomobil idxalına fantastik gömrük və aksiz vergisi tətbiq edilir. Hələ üstəlik avtomobilin gömrük dəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) ƏDV hesablanır.

Gürcüstandan və ya Almaniyadan 5 min dollara aldığınız maşını Bakıda gömrük rəsmiləşdirməsindən keçirdikdən sonra onun qiyməti 10 min 500 manat artmış olur. Bunun üstünə 5 min dolların manat qarşılığını - 8 min 500 manatı da gələndə, 19 min manat edir. Bu qiymətə Gürcüstan vətəndaşları nəinki 2015, hətta 2016-cı ilin "Toyota Camry"sini alıb sürürlər. Onu da əlavə edim ki, mənşə ölkəsindən (və ya göndərən ölkədən) gətirilən maşını orada həqiqətən 5 min dollara aldığını da gömrükdə sübut edə bilmirsən. Avtomobil biznesi ilə məşğul olanların dediyinə görə, gömrük keçid məntəqəsində maya dəyəri 5 min dollar olan avtomobilin sənədini bir kənara atıb, özlərindən daha baha qiymət təyin edirlər. Nəticədə də, digər faizlər artır və qiymət bir az da şişir".

Avtomobil bazarında baş verən bahalaşma hələlik tam şəkildə görünməsə də, yaxın aylarda hər kəs bu bahalaşmanı hiss edəcək. İlk növbədə, avtomobil xidməti ciddi şəkildə bahalaşacaq. Bu da avtomobil sahibi olmayan əhali kəsiminə də öz təsirini göstərəcək. Problemin həlli olduqca zəruri olsa da, hələlik bu istiqamətdə konkret təkliflərin olduğunu görmürük. Yalnız problemin həllinə dair müəyyən fikirlər səslənir. Mövcud vəziyyətin düzəlməsi üçün Azər Həsrətin fərqli yanaşması var:

"Sadəcə gömrük və aksiz dərəcələrinə yenidən baxılmalıdır. Özü də bu sahə bir sərəncamla ASAN Xidmətə verilməlidir ki, neqativ hallar haqqında söhbətlər yığışdırılsın. Məntiqlə də bunu etmək çətin deyil. Zatən bir insan xaricdən avtomobil gətirirsə, gömrük onu sərhəddə yoxlayıb buraxır. Qalır vergisini, aksizini ödəyib rəsmiləşdirmək. Bunun üçün də ayrıca idarə və gərəksiz işçi ştatı saxlamağa ehtiyac yoxdur. Hə, indi kimsə çıxıb deyəcək ki, gömrükçülər əlavə olaraq nəyisə yoxlamalıdır və s.

Heç elə şey yoxdur. Çünki, dediyimiz kimi, ölkəyə daxil olan maşınlar sərhəddə yoxlanır. Əlavə yoxlamanı isə DYP həyata keçirir. Yəni qaçaqmalçılıq üçün heç bir imkan qalmır. Onu da əlavə edim ki, haradasa 10-15 il öncə Azərbaycan avtomobil ticarətində regionun mərkəzinə çevrilirdi. Buradan həm Qafqaz, həm də Orta Asiya və İrana maşınların satılması üçün imkanlar yaranırdı. Lakin sonradan hansısa sehrli qüvvələrin tətbiq etdiyi gömrük və aksiz hədləri ona səbəb oldu ki, bu ticarət mərkəzinə Gürcüstan sahibləndi. Və o dövlətin büdcəsi həmin mərkəzdən hər il milyonlarla pul qazanır". Ümid edirik ki, qiymətlərin bahalaşmasını stimullaşdıran qərarlara alternativ olaraq ölkənin daxili avtomobil bazarı təkmilləşdiriləcək. Əks halda, qiymət artımı sürətlə gedəcək, bu da istər ikinci əl, istərsə də yeni avtomobillərin alqı-satqısında ciddi problemlərin yaranmasına səbəb olacaq. Bütün bu sadalananlar, xüsusilə də aztəminatlı əhali üçün avtomobil sahibi olmağı əlçatmaz edəcək.

Mənbə: Fins.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3348   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021