Azərbaycanda maye qaz bahalaşdı - VİDEO

Azərbaycanda maye qaz bahalaşdı - VİDEOGəncədə maye qazın satış qiyməti yanvarın 5-dən 5 qəpik artırılıb. Sürüclər azı iki həftədir ki, məntəqələrdən əvvəl 45 qəpiyə olan qazı indi 50 qəpiyə aldıqlarını deyirlər.

Sonxeber.az Xezerxeber.az-a istinadən məlumat verir ki, yanacaqdolurma məntəqələrində yeni qiymətləri inkar edən yoxdur. Bəzilərində qazın 50 qəpiyə satıldığı, hətta qiymət lövhələrində də əks olunub. Ancaq bahalaşmanın hansı qərara əsaslandığını deyən yoxdur.

Analoji hadisə Şəkidə də müşahidə edilir. Burda isə vətəndaşlar maye qazın 10 qəpik bahalaşdığını deyir.

Qaz satışı ilə məşğul olan şirkətin məsul əməkdaşı bildirir ki, qiymətlərin paytaxtdakı 45 qəpiklik qiymət əvəzinə 55 qəpiyə satılmasının bir sıra səbəbləri var.

İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdilər ki, maye qazın topdan satışının qiyməti dövlət tərəfindən tənzimlənir. Bir ton qazın topdan satış qiyməti 300 manatdır. Ancaq qazın pərakəndə satış qiyməti dövlət tərəfindən tənzimlənmir. Buna görə də daşınma xərclərindən asılı olaraq müxtəlif bölgələrdə maye qazın qiyməti fərqli ola bilər.

Ancaq maraqlısı budur ki, yanvar ayında maye qazın pərakəndə satış qiymətinin artması üçün heç bir qiymət artımı və ya rüsum dəyişikliyi olmayıb. Bu yerdə sual yaranır: Bəs maye qazın satışında son bir ayda baş verən bahalaşmaya səbəb nədir?

İqtisadiyyat Nazirliyi və SOCAR qiymət artımını şərtləndirəcək hansısa hadisənin baş vermədiyini bildiriblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 6536   Tarix: 23 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021