Azərbaycanda 1 milyonçunun sərvəti neçə kasıbın sərvətinə bərabərdir? - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycanda 1 milyonçunun sərvəti neçə kasıbın sərvətinə bərabərdir? - EKSPERTDƏN AÇIQLAMA"Əslində belə bir nəzəriyyə var ki, dünya əhalisinin 1 faizi yerdə qalan 99 faizinin varidatı qədər sərvətə sahibdir və bu, praktikada sübut olunur. Bu, dünyada varlılarla kasıblar arasında olan uçurumun nə qədər dərin olduğunun göstəricisidir". Bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli dünyada ən varlı 26 insanın sərvətinin 3,8 milyard insanın sərvətinə bərabər olması xəbərinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, "Oxfam" yoxsulluqla mübarizə üzrə təşkilatların beynəlxalq birliyinin hesabatına əsasən, dünyada ən varlı 26 nəfərin ümumi sərvəti 3,8 milyard insanın sərvətinə bərabərdir. Üstəlik həmin 26 nəfər ötən il öz sərvətlərini 900 milyard daha artırıb. Varlılarla kasıblar arasındakı fərqin getdikcə böyüdüyünü bildirən "Oxfam"ın direktoru Vinni Banima, bu halın həmçinin kasıbların qəzəbinə səbəb olduğunu bildirib. V. Banimanın fikrincə hökumətlər varlılardan və iş yerlərindən daha çox vergi almalıdır.

Onun sözlərinə görə, ancaq bu göstərici müxtəlif ölkələrdə fəqlidir: "Ən yaxşı göstərici Skandinaviya ölkələrindədir. Orada ən varlılarla ən kasıblar arasında sərvət baxımından fərq kifayət qədər azdır. Skandinaviya ölkələrində bu göstərici üzrə fərq təxminən 5 dəfədir. Ancaq ABŞ və Çini götürsək, fərq onlarla, hətta bəzən yüzlərlə dəfəyə çıxır".

Azərbaycanda varlılarla kasıblar arasında uçuruma gəlincə, N.Cəfərli qeyd edib ki, problem ölkədə milyonçuların rəsmi şəkildə olmamasından ibarətdir: "Bizdə başqa ölkələrdə olduğu kimi rəsmi milyonçuların siyahısı, onların rəsmi gəlir mənbələrinin həcmi bəlli deyil. Sadəcə olaraq yeganə bilinən odur ki, insanların orta gəlirliliyi nə qədərdir. Dövlət Statistika Komitəsi hər ay orta gəlirlilik bağlı müqayisəli rəqəmləri açıqlayır. Bu, rəsmi göstəricilərdə var".

Ekspert bildirir ki, hesablamalar aparmaq üçün minimum əmək haqqı, minimum təqaüd bilinir, ancaq ən çox varlı insanların nə qədər varidatı olması ilə bağlı rəsmi məlumat yoxdur: "Çox təəssüf ki, başqa ölkələrdə olduğu kimi belə hesablamalar aparmaq mümkün deyil. Lakin vizual olaraq, yəni gözümüzlə gördüyümüzdən, ətrafımızda baş verənlərdən görünən odur ki, Azərbaycanda varlılarla kasıblar arasında kifayət qədər uçurum var".

N. Cəfərli təəssüflə vurğulayıb ki, Azərbaycanda biznesin çox hissəsini məmur biznesi təşkil etdiyinə görə, insanlar özlərini biznesmenlərlə, sahibkarlarla deyil, daha çox məmurlarla müqayisə etməyi sevirlər: "İşdən çıxarılan məmurların keçmişdə göstərdiyi fəaliyyətlərlə əlaqədar mətbuat və ictimayyətə məlum olan məlumatlar da onu deməyə əsas verir ki, bizdə daha varlı kəsim orta və yüksək ranqlı məmurlardır. Onların birbaşa bizneslə əlaqələri olmamalıdır. Azərbaycanda məmurların birbaşa bizneslə məşğul olması qanunla qadağan edilib".

O əlavə edib: "Problem də ondan ibarətdir ki, bizdə milyonçuların sayı və sərvətləri ilə bağlı rəsmi reytinq yoxdur. Gürcüstan, Rusiya, hətta Ermənistanda belə reytinqlər mövcuddur, milyonçuların rəsmi siyahısı var. Bu, dünya və ölkələr üzrə də bilinir. Azərbaycanda bir nəfər də olsun, rəsmi milyonçu yoxdur. Buna görə də ölkədə onların sayı, sərvətləri, eləcə də varlılarla kasıblar arasında uçurumun dərinliyi haqqında analitik, elmi araşdırmalara əsaslanan məlumt vermək mümkün olmur".

İqtisadçı xatırladıb ki, Azərbaycanda xeyli müddətdir gəlir vergisi bəyannamələri barədə qaydalar qəbul olunub, ancaq həmin qaydalar tətbiq olunmur: "Vergilər Nazirliyi tərəfindən insanların gəlirliliyi ölçülməli, gəlir bəyannamələri əsasında varlı insanların siyahısı müəyyənləşdirilməlidir. Hətta Rusiyada bu cür həyata keçirilir. Rusiyada ayrıca biznes dairələrinin "Forbes"la bağlı birgə siyahısı tərtib edilir. Həmçinin, məmurların siyahısı hazırlanır ki, onlar nə qədər vəsait qazanırlar. Təəssüf ki, Azərbaycanda bunu rəsmi rəqəmlərlə ifadə etmək mümkün deyil, çünki rəsmi milyonçular yoxdur".

Aradakı uçurumu aradan qaldırmaq üçün varlılardan və iş yerlərindən daha çox vergi alınıb kasıblara verilməsi ilə bağlı təklifə gəlincə, o deyib ki, müxtəlif ölkələrdə fərqli yanaşmalar var: "Məsələn, Skandinaviya ölkələrində vergilər çox yüksəkdir. Lakin vergilərin müqabilində dövlətin insanlara göstərdiyi xidmətin spektri də genişdir. İnsanlar keyfiyyətli xidmət alırlar, pulsuz təhsil, tibbi xidmətlər alırlar, kommunal xidmətlər keyfiyyətli olur, nəqliyyat normal işləyir. Dövlətlər aldıqları vergi müqabilində xidmət də göstəməlidirlər. Vergilərin aşağı olduğu ölkələrdə isə biznesə imkan yaradırlar ki, qazancları da daha çox olsun. Qazancın artımı hesabına çalışdırdıqları insanların maaşını da artırsınlar, ümumilikdə insanların maddi rifahı yüksəlsin".

Ekspert diqqətə çatdırıb ki, "Oxfam"ın baxışı sol iqtisadi nəzəriyyəyə yaxındır: "Onun nəzəriyyəsi odur ki, varlılardan daha çox vergi toplanmalı, bu vergilər hesabına kasıbların maddi durumu yaxşılaşdırılmalıdır. Bəli, bu da yollardan biridir. Yeganə doğru yoldurmu? Bu barədə fərqli düşünürəm. Əslində biznesin yükü nə qədər az olsa, rəqabəqli şərait nə qədər yüksək olarsa, biznes daha çox sərbəst hərəkət edə biləcək, pul qazanacaq. Bu da orada çalışan insanların rifahı artacaq, beləliklə də xalqın rifah halı yüksələcək".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3450   Tarix: 23 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021