Kirayə qaldığınız mənzili ala biləcəksiniz - AZƏRBAYCANDA möhtəşəm yenilik

Kirayə qaldığınız mənzili ala biləcəksiniz - AZƏRBAYCANDA möhtəşəm yenilikPrezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası"nı təsdiq etdi.

"Qayda" Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı ümumi məsələləri müəyyən edir.

Kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır

Qaydaya görə, satmaq öhdəliyi ilə kirayə müqaviləsi - kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanan müqavilədir.

Eyni zamanda kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Müraciət etdiyi tarixə isə kirayəçinin bank kreditləri və digər borcları olmamalıdır.

Tam təmirli mənzil 25 ilə qədər kirayəyə veriləcək

Qaydalara görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş mənzil alınacaqdır. Sonra alınan mənzil, müraciət edən vətəndaşa kirayə müqaviləsi ilə üç ildən 25 ilədək kirayəyə veriləcək.

Bu zaman bir şərt var ki, kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən ödəməlidir. Yəni, 1 illik kirayə haqqı öncədən ödənilməli olacaq.

Mənzilin kirayə müqaviləsində nəzərdə tutulmuş alış qiymətini kirayəçi tam ödədikdən sonra Fond yaşayış sahəsini kirayəçinin mülkiyyətinə verəcək və beləliklə o, kirayəçi mənzilin tam sahibi olduğunu göstərən sənəd – "kupça" alacaq.

Bir şərt də var ki, kirayə müqaviləsi bağlanıldıqdan sonra mənzilin alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Yəni, kirayəçi borcunu 3 ildən tez bağlaya bilməz. Bu isə təbii ki, ödənilməsi nəzərdə tutulan kirayə haqqının Fondun xərclərini bağlaması ilə bağlıdır.

Aylıq ödəniş şərtləri

Kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrə bölünüb ödəniləcək. Bu məbləği Fond aşağıdakı halları nəzərə almaqla hesablayacaq:

- yaşayış sahəsini (mənzili) Fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər;

- Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri;

- kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalar;

- yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərclər.

Başqa sözlə, Fond aylıq kirayə haqqını müəyyən edən zaman mənzilin dəyəri ilə bərabər, həmin mənzilin alınmasına sərf etdiyi vəsaitə görə ödədiyi faizi (əgər vəsait Fond tərəfindən borc alınmışdırsa), mənzilin satın alınması zamanı çəkilən xərcləri, öz xərclərini, sığorta xərclərini və s. nəzərə alacaq.

Qeyd edilir ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və "Elektron ipoteka və kredit zəmanət" sistemində yerləşdirəcək.

Müraciətlər elektron sistemlə qəbul olunacaq

Kirayə müqaviləsinin bağlanılması üçün müraciət elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq.

Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq.

Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək və kirayəçi mənzilə köçüb yaşaya bilər.

Kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə isə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququna malikdir.

Qaydalarda kirayəçinin gəlirinə, iş yerinə dair tələblər yoxdur və keçid müddəada göstərilir ki, elektron sistem fəaliyyətə başlayanadək, bu Qaydanın 5-ci hissəsi ilə nəzərdə tutulmuş əməliyyatlar yazılı formada həyata keçirilməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 14007   Tarix: 26 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Smartfondan çox istifadə edənlərə MÜHÜM XƏBƏRDARLIQ: psixi pozuntu əlaməti ola bilər

Birləşmiş Ştatların Virciniya Universitetinin alimlərinin qənaətinə görə, smartfondan çox istifadə psixi pozuntu əlaməti ola bilər. İnsanın "ağıllı telefon"dan həddindən artıq istifadə etməsi onun psixikasında qeyri-sabitliyin göstəricisi sayılır. Bu kontekstdə diqqət və hiperaktivliyin yetməzliy

26 yanvar 2019

Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə göstəriş verib.. . Sonxeber.az azərtac-a istinadən xəbər verir ki, 2018-c

26 yanvar 2019

Bu şəxslərə ŞAD XƏBƏR - Maaşlar 50 faiz artırılır - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 25-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.. . "Report"un məlumatına görə, sərəncam Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliy

26 yanvar 2019

Azərbaycanda dərmanlarla bağlı yeni qaydalar tətbiq ediləcək

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin farmokonəzarəti, ekspertizası, geri çağırılması ilə bağlı yeni qaydaların layihələrini hazırlayıb.. . Trend xəbər verir ki, "Dərman vasitələri haqqında" qanuna edilən yeni dəyişikliklərdə dərman vasitələrinin farmokonəzarətinin

26 yanvar 2019

Ramil Usubovdan MÜHÜM QƏRAR: iki polkovniki Lənkərana göndərdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və Lənkəran rayon Polis şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətovu

26 yanvar 2019

"WhatsApp"a yeni funksiyalar əlavə edilir

Tətbiq hələ ki istifadəçilərə pulsuz təqdim edilir. . "WhatsApp"a kompüterlə daxil olanlar üçün əhəmiyyətli funksiyalar istifadəyə verilib. . "WhatsApp" 2018-ci ilin əvvəllərində müəssisələrə özəl "WhatsApp Business"i təqdim etmişdi.. . "Facebook"a aid olan şirkəti

25 yanvar 2019

"Bakı Metropoliteni"ndə yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov tikinti departamentinin rəisi Şaiq Eyyubovu vəzifəsindən azad edib.. . Unikal.org-un əldə etdiyi məlumata görə, Zaur Hüseynov Şaiq Veyis oğlu Eyyubovu pensiya yaşına çatdığına görə, tutduğu vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb

25 yanvar 2019

Azərbaycanda gediş haqları artırıldı

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında gediş haqqında dəyişikliklər ediləcək.. . "Azərbaycan Dəmir Yolları"Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Publika.az-a verdiyi məlumata görə, yenilik yanvarın 28-dən tətbiq ediləcək.. . Bakı-Sumqayıt-Bak

25 yanvar 2019

Bu qadın azərbaycanlı qızları fahişəliyə cəlb edib - FOTO

Azərbaycan Respublikasının vətəndaşları olan qadınları İran İslam Respublikasında hədə - qorxu gəlməklə cinsi istismar edən qadın həbs olunub.. . . Sonxeber.az AZXEBER.COM-a istinadən xəbər verir ki, 56 yaşlı Cəlilabad rayon sakini İsayeva Sevinc Əli qızı törətdiyi cinayətə görə İnsan Alverinə qarş

25 yanvar 2019