Azərbaycanda otellər boş qalır

Azərbaycanda otellər boş qalır2018-ci ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 2,6 min gecələmə keçirilmişdir ki, bu da 2017-ci illə müqayisədə 15,9 faiz çoxdur.

Sonxeber Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 59,1 faizi Bakıda, 10,4 faizi Qəbələdə, 5,4 faizi Xaçmazda, 4,1 faizi Naftalanda, 3,8 faizi Qubada, 3,6 faizi Qusarda, 2,9 faizi Naxçıvan Muxtar Respublikasında, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 0,8 faizi Lənkəranda, 8,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 20,3 faiz artaraq 2 milyon 49,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 68,3 faizini təşkil edir. Gecələmələrin 13,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İran, 4,3 faizi Türkiyə, 4,2 faizi Hindistan, 3,8 faizi İsrail, 3,1 faizi Küveyt, 2,7 faizi İraq, hər biri üzrə 2,6 faiz olmaqla Böyük Britaniya və ABŞ, 2,5 faizi Pakistan, 2,4 faizi Qətər, 1,6 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Ukrayna, 1,0 faizi Bəhreyn, 26,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 74,2 faizi Bakı şəhərində, 10,0 faizi Qəbələdə, 3,7 faizi Naftalan şəhərində, 3,2 faizi Qusarda, 3,1 faizi Naxçıvan Muxtar Respublikasında, 3,0 faizi Qubada, 2,8 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2017-ci illə müqayisədə 7,5 faiz artaraq 952,9 minə çatmışdır.

2018-ci ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 26,3 faiz çox və ya 359,4 milyon manat olmuşdur ki, onun da 66,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,0 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2018-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,4 faiz (2017-ci ildə 17,1 faiz) təşkil etmişdir (tutumun 78,6%-dən istifadə edilmir). Bu göstərici Naftalanda 54,8 faiz, Qəbələdə 37,3 faiz, Bakıda 36,1 faiz, Kürdəmirdə 34,7 faiz, Ağstafada 32,7 faiz, Şəmkirdə 30,4 faiz, Beyləqanda 26,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (37,5 faiz) avqust ayında qeydə alınmışdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1962   Tarix: 27 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Kirayə qaldığınız mənzili ala biləcəksiniz - AZƏRBAYCANDA möhtəşəm yenilik

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası"nı təsdiq etdi.. . . "Qayda" Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini almaq və satmaq öhdəliy

26 yanvar 2019

Smartfondan çox istifadə edənlərə MÜHÜM XƏBƏRDARLIQ: psixi pozuntu əlaməti ola bilər

Birləşmiş Ştatların Virciniya Universitetinin alimlərinin qənaətinə görə, smartfondan çox istifadə psixi pozuntu əlaməti ola bilər. İnsanın "ağıllı telefon"dan həddindən artıq istifadə etməsi onun psixikasında qeyri-sabitliyin göstəricisi sayılır. Bu kontekstdə diqqət və hiperaktivliyin yetməzliy

26 yanvar 2019

Prezident şəhid ailələri ilə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbayca

26 yanvar 2019

Azərbaycanlı deputat Türkiyənin tanınmış din xadimi ilə toyda - FOTO

Türkiyənin tanınmış din xadimi Nihat Hatipoğlu Bakıya gəlib. . . Sonxeber.az "qafqazinfo"ya istinadla xəbər verir ki, o, paytaxt restoranlarının birində Hacı İsfəndiyar adlı dostunun oğlunun toyunda iştirak edib. . . Qeyd edilir ki, İsfəndiyar adlı şəxs Hatipoğlunun hacı yoldaşıdır. Toy mərasimind

26 yanvar 2019

Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə göstəriş verib.. . Sonxeber.az azərtac-a istinadən xəbər verir ki, 2018-c

26 yanvar 2019

Azərbaycanda lotereya biletlərini... Nazirlikdən açıqlama

İqtisadiyyat Nazirliyi yanında "Azərlotereya" ASC-nin lotereya biletlərinin satışının təşkili xidmətinin satın alınması ilə bağlı ötən il dekabrın 25-də elan etdiyi açıq tenderin nəticəsi açıqlanıb.. . Sonxeber.az "report"a istinadla xəbər verir ki, tenderin qalibləri Nəqliyyat, Rabit

26 yanvar 2019

Azərbaycan konsulundan Mehman Hüseynovla bağlı MƏKTUB - Sübutlar...

Əsl narazılıq Azərbaycanda yox, Ermənistanda müşahidə olunur.. . Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Vaşinqtondakı konsulu Vüqar Qurbanovun "The Washington Post" qəzetinə ünvanladığı məktubunda deyilir.. . Məktubda qeyd olunur: "Regionumuzda baş vermiş son hadisələrdən əld

26 yanvar 2019

Bu şəxslərə ŞAD XƏBƏR - Maaşlar 50 faiz artırılır - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 25-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.. . "Report"un məlumatına görə, sərəncam Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliy

26 yanvar 2019

Azərbaycanda dərmanlarla bağlı yeni qaydalar tətbiq ediləcək

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin farmokonəzarəti, ekspertizası, geri çağırılması ilə bağlı yeni qaydaların layihələrini hazırlayıb.. . Trend xəbər verir ki, "Dərman vasitələri haqqında" qanuna edilən yeni dəyişikliklərdə dərman vasitələrinin farmokonəzarətinin

26 yanvar 2019