Milyarder Əhmədov Tatyanaya yarım milyardı verməyəcək

Milyarder Əhmədov Tatyanaya yarım milyardı verməyəcəkİnterpol da işə qarışdı, milyonların saxtakarlıqla talanması araşdırılır

Adı "Forbes" jurnalının milyarderlər siyahısında yer alan azərbaycanlı biznesmenlərdən biri də Fərhad Əhmədovdur.

Biznesdə böyük uğurlar qazanan Fərhad Əhmədov ailə baxımdan bəxti gətirmişlərdən deyil. Həyat yoldaşı - 41 yaşlı Tatyana Əhmədova onu qoyub qaçıb. Ardından Tatyana Əhmədova Fərhad Əhmədova qarşı iddia qaldırıb, London məhkəməsində sabiq ərinə qarşı yarım milyard dollarlıq təzminat qərarı çıxarılmasına nail olub...

...Fərhad Əhmədov bildirib ki, London məhkəməsinin hakimi onun keçmiş arvadının məkrli planını reallaşdırıb. Hansı ki, qadın 10 il boyu məkrlə gözləyib ki, nə zaman F.Əhmədovun qazandığı pullar onun hesabına oturacaq. O, bu pulların üzərinə öz pəncəsini qoymağı qərara alıb. Məhkəmə nəzərə almayıb ki, F.Əhmədov bu pulları Tatyana ilə nikahı pozulandan sonra qazanıb, 5 uşaq atasıdır, o cümlədən başqa nigahdan olan 3 uşağını böyüdür. Xeyriyyəçiliklə məşğuldur, Rusiyada və Azərbaycanda bir çox insanlar onun dəstəyinə ümidlidir.

Biznesmen bəyan edib: "Mən ingilis hüquq sisteminə öz hörmətimi ifadə etməklə bərabər bəyan edirəm ki, məhkəmənin bu şübhəli, gecikmiş və qalmaqallı qərarı dünyada çoxlarını təəcübləndirəcək, onların ingilis hüquq sisteminə və ədalətinə inanımını sarsıdacaq". Bəyanatda deyilir ki, London məhkəməsinin qərarı həm də siyasi motivlidir, biznesmenin pullarının yarısını təzminat adı altında əslində Britaniya yuridiksiyası altında saxlamağa, nəticədə bu pulların Britaniya iqtisadiyyatına xidmət etməsinə hesablanıb.

Moskva Şəhər Məhkəməsi azərbaycanlı milyarder Fərhad Əhmədovun London məhkəməsinin qərarı ilə bağlı verdiyi apelyasiya şikayətini rədd edib. Əhmədovun kifayət qədər və etibarlı sübutlar təqdim etmədiyi bildirilib.

"Kassasiya şikayəti veriləcək. Fərhad Əhmədov Ali Məhkəməyə qədər gedib çıxmaq niyyətindədir", - vəkil, biznesmenİrina Şeqlova bildirib.

İrina Şeqlova ile ilgili görsel sonucu

"Moskva Şəhər Məhkəməsi, demək olar ki, heç bir müzakirə olmadan Zyuzinsky Məhkəməsinin qərarını qüvvədə saxladı. Növbəti instansiyada ədalətli qərara nail olacağıq". Bunu isə Fərhad Əhmədov özü "RBK"ya açıqlamasında söyləyib.

London məhkəməsinin qərarına əsasən, Tatyana Əhmədovaya ödənilməli olan təzminatın siyahısına Fransa və Londondakı daşınmaz əmlak, 350 min dollar dəyərindəki "Aston Martin" avtomobili, 90,5 milyon dollar məbləğindəki müasir incəsənət əsərlərinin kolleksiyası, eləcə də 5 ədəd "Holland and Holland" tüfəngi daxildir. Xatırladaq ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu, 3 il sonra ikinci oğulları dünyaya gəlib. Tatyana Əhmədova məhkəmə qərarına görə keçmiş ərindən 585 milyon dollar almalıdır. Amma Fərhad Əhmədov London Məhkəməsinin qərarını icra etməmək, qüvvədən salmaq üçün çalışmaqdadır. Tatyana Əhmədovanın vəkilləri də qərarın icrası üçün əlindən gələni edirlər.

Fərhad Əhmədovun “Luna” yaxtası ile ilgili görsel sonucu

Fərhad Əhmədovun "Luna" yaxtasında dünya səyahətinə çıxmasını eşidər-eşitməz hərəkətə keçiblər. Nəticədə məhkəmə "Luna"nın üzərinə həbs qoyub. Fərhad Əhmədovun vəkilləri "Luna" yaxtasını geri almaq üçün Dubayda şəriət məhkəməsinə müraciət ediblər. Fərhad Əhmədovun vəkillərinin işi Britaniya məhkəməsindən Dubaydakı şəriət məhkəməsinə keçirmək istəmələri milyarderin keçmiş həyat yoldaşı Tatyananı qəzəbləndirib. O, buna görə ilk dəfə jurnalistlərə açıqlama verib: "Görünən odur ki, Fərhad əslən Azərbaycandan olduğu üçün müsəlmandır. Amma nikah müddətində heç vaxt onu dizini yerə qoyub namaz qılan, ibadət edən görməmişəm. Məscidə isə o yalnız turist kimi daxil olub".

Onun bu açıqlamasına Fərhad Əhmədovun qardaşı Fərəc Əhmədov münasibət bildirmişdi. Modern.az saytına açıqlamasında demişdi ki, ailədə 3 qardaş olublar: "Hamımız da müsəlman qaydasında böyümüşük. Fərhad Əhmədov xaricdə yaşasa da, müsəlman olduğunu danmayıb. Düzdür, sovet dövründə böyüyüb, təhsil alıb. Müsəlman adətlərinə görə, namaz qılıb oruc tutmasa da, İslam dininə, xalqına bağlı adamdır. Sadəcə, keçmiş həyat yoldaşı olan Tatyana "Fərhad Əhmədov məscidə turist kimi gedib" deməklə niyyətini ortaya qoymuş olub. Güman ki, məsələnin məğzi başqadır. Çünki qardaşımın vəkillərinin işi Britaniya məhkəməsindən Dubay şəriət məhkəməsinə köçüb. Dubay da müsəlman ölkəsidir. Tatyana da Fərhad Əhmədovu müsəlman şeyxlərin gözündən salmaq üçün belə fikirlər səsləndirir. Hər halda belə düşünürəm".

Ä°lgili resim

Tatyana Əhmədova rekord məbləğdə - 450 milyon funt sterlinqi əlinə almaq üçün 2 ildən artıqdır ki, çabalayır. Bu isə sənəd üzərində 1,4 milyard dollar sərvətə malik Fərhad Əhmədovun varidatının 40 faizini təşkil edir.

Tatyana Əhmədova son açıqlamasında keçmiş ərinin ona hələ ki, 1 qəpik də ödəmədiyini deyib. Fərhad Əhmədov da məhkəmə qərarını kağız parçası adlandırıb və sərvətinin 40 faizini həyat yoldaşına vermək niyyətində olmadığını söyləyib.

2019-cu il yanvarın 21-də məlum olub ki, Beynəlxalq Polis Təşkilatı - İnterpol Fərhad Əhmədov və vəkillərinin keçmiş arvadı Tatyana Əhmədovanın sərvətini saxtakarlıq yolu ilə mənimsəməsi faktını araşdırır. Bu barədə "The Guardian" nəşri məlumat yazıb. Bildirilir ki, milyarder sərvətinin böyük bir hissəsini keçmiş həyat yoldaşı T.Əhmədovaya köçürmə öhdəliklərini aradan qaldırmaq üçün yeni yollar axtarır. Milyarder özü də "İnterpol"un Rusiya nümayəndəliyinə müraciət edərək, məsələnin araşdırılmasını istəyib. Hazırda "İnterpol" Əhmədov və vəkillərinin arvadının sərvətini ələ keçirmək üçün saxtakarlıq edib-etmədiklərini araşdırır.

Cebhe.info
Milyarder Əhmədov Tatyanaya yarım milyardı verməyəcəkMilyarder Əhmədov Tatyanaya yarım milyardı verməyəcək


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2841   Tarix: 27 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel