Bir qadın vəzifəyə yüksələn kimi onun haqqında... - Komitənin sədr müavini

Bir qadın vəzifəyə yüksələn kimi onun haqqında... - Komitənin sədr müaviniRəhbər strukturlarda təmsil olunan qadınların sayı azdır.

Bunu oxu.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

Onun sözlərinə görə, bələdiyyələrdə 10-15 il bundan qabaq dörd faiz qadın var idisə, bu gün bunların sayı 35 faizdir:

"İcra hakimiyyətlərdə müavinlərdən biri qadın təyin olunub. Hazırda cəmi bir qadın icra başçısı var. Amma zaman var idi ki, Azərbaycanda yeddi rayonda icra başçısı qadın idi. Bizə sual verilir ki, niyə rəhbər vəzifədə qadınlar yoxdur? Kadr məsələsi həssas bir məsələdir. Kadr buna yetişməlidir".

Sədr müavini bildirib ki, bir qadın vəzifəyə yüksələn kimi onun haqqında qara piar aparılır:

"O qara piarı aparan zaman düşünmürlər ki, bu məlumatı bir pilləyə gəlib, çıxan qadın haqqında veririk. Bu məlumatın əsasının olub-olmamasını yoxlamaq lazımdır. Hər bir insan haqqında verilən məlumatın əsası olmalıdır".

Sədaqət Qəhrəmanova kənd qadınları arasında sahibkarlığın inkişaf etdirilməsi barədə də danışıb:

"Gender bərbərliyi deyəndə iqtisadi inkişafda qadınları və kişilərin birgə işindən söhbət gedir. Bu gün komitə tərəfindən "Kənd qadını" layihəsi aparılır. Layihə çərçivəsində bu cür qadınlara təlim keçirilir və quracağı işə dəstək verilir. Bir dəfə bir qadın öz layihəsini təqdim etdi. Ekspertlərin hesablamasına görə, qadın bu layihə çərçivəsində ayda 1000 manat gəlir qazanacaq.

Amma burada belə bir şərt var idi ki, qadın 200 manat aldığı ünvanlı sosial yardımdan imtina etməli idi. Qadın razılaşmadı. İnsanlarda belə bir psixologiya formalaşıb ki, ölənə kimi ünvanlı sosial yardım almalıyam. Halbuki yaratdığı bizneslə daha çox gəlir əldə edə bilər".

"Layihəyə 2011-ci ildən Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında başlamışıq. Bu illər ərzində 102 qadın öz biznesinə başlayıb. Altı minə yaxın qadın təlimlərdə iştirak edib", - deyə sədr müavini qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1323   Tarix: 26 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel