Afət Nəsimini yuxuda görməsindən DANIŞDI

Afət Nəsimini yuxuda görməsindən DANIŞDIMüğənni Afət Fərmanqızı son günlər müzakirələrə səbəb olan mahnısından danışıb.

Milli.Az bildirir ki, sənətçi "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, qanunvericilikdə Nəsiminin qəzəlini oxumağa heç bir məhdudiyyət qoyulmadığı üçün bu addımı atıb:

"Bu mahnını böyük Nəsiminin qəzəlinə oxumağım Konstitusiyanın hansı maddəsində ziddir? Xahiş edirəm, bunu mənə izah etsinlər. Deyirlər ki, düz etməyib oxuyub. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ürəyim istəyib oxumuşam. Burada cinayət məsuliyyəti varsa, desinlər. Ermənilər oxusaydı, bu qədər tənqid etməzdilər, yaxud belə qınamazdılar".

Afət Fərmanqızı "Yuxuda Nəsimi dedi ki, qəzəlimə mahnı oxu" fikrinə də aydınlıq gətirib:

"Mən "İnstagram" səhifəmə özümdən başqa iki dostum nəzarət edir. Yuxu məsələsi onlardan birinin beyninin məhsuludur. Dünən gözəllik salonunda verilişə hazırlaşanda bir jurnalist zəng vurdu və özünü də normal təqdim etmədi. Söhbət uzanmasın deyə, dedim ki, bəli, belə bir şey olub. Amma ən doğrusunu sizə deyirəm. Bu, dünyəvi mahnıdır və haqqında pis söz deyə bilmərəm. İrad bildirirlər ki, bu, toy mahnısıdır. Əgər toy pisdirsə, balalarınıza niyə toy edirsiniz, müğənnidən xahiş edirsiniz ki, gəlin oxuyun? Təbii ki, hər müğənnini də toya çağırmırlar. Məclislərə də özünü apara bilən, normal geyinən sənətçiləri dəvət edirsiniz axı, əziz izləyicilər. Bu mahnının minusunu bir neçə həmkarım məndən istəyir. Hətta bir tanınmış müğənni mahnıya çəkdiyim xərcin beş qatını ödəməyə hazırdır.

Biri yazır ki, Nəsimi ili olduğu üçün bu mahnını oxumuşam ki, kimlərinsə yanında hörmət qazanım. Mən toy müğənnisiyəm, niyə ad almağa iddialı olmalıyam ki?"

A.Fərmanqızı bildirib ki, sözügedən mahnıdan sonra sosial şəbəkədə izləyicilərinin sayı sürətlə artmağa başlayıb:

"Bu gün sosial şəbəkə göstərici sayılır. Əgər bu mahnıya qədər hər gün min nəfər izləyicim artırdısa, indi bu rəqəm iki minə çatır. Əslində, bu mahnının Vüqar Camalzadəyə də aranjiman etdirə bilərdim. Amma o zaman belə müzakirəyə səbəb olmayacaqdı və məni toylara aparmayacaqdılar. Deməli, tələbat bu mahnıyadır və mən də xalqın istəyini nəzərə alıram".

Qeyd edək ki, Afət Fərmanqızının Nəsiminin "Sığmazam" qəzəlinə oxuduğu hind mahnısı tənqidə səbəb olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3169   Tarix: 27 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021