Harrold Keyn: "Qarabağda mənə 11 yaşlı qızı fahişə kimi təklif etdilər"

Harrold Keyn: "Qarabağda mənə 11 yaşlı qızı fahişə kimi təklif etdilər"Britaniyalı araşdırmaçı müəllif Harrold Keyn şok cinayət faktlarının yer aldığı "Dağlıq Qarabağ" kitabını yayımlayıb. Sonxeber.az "virtualaz.org"a istinadla xəbər verir ki, kitabda Ermənistanın Köçəryan-Sarkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri narkotik ticarəti, insan alveri və qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alır.

Kitabdakı faktlar – qaçaqmalçılıq, qanunsuz silah alveri, təbii sərvətlərin talanması, insan alveri və s. http://www.narcokarabakh.net/en/ saytında ətraflı şəkildə yayımlanıb. Qafqazda bir neçə həftə vaxt keçirən müəllif yazır ki, o, Ermənistana və işğal altındakı Dağlıq Qarabağa turist adı altında səfər edib.

"Dağlıq Qarabağ mövcud statusuna görə havadan asılı qalıb. Bu fakt bölgənin mütəşəkkil cinayətkarlıq məkanı kimi istismar edilməsinə imkan yaradır. Erməni mafiyası. İran İnqilab Qvardiyası, əfqan qaçaqmalçıları, narkobaronlar və dünyanın ən görkəmli silah tacirləri üçün bu bölgə poliqon rolunu oynayır", - deyə müəllif yazır.

Keyn tədqiqatları zamanı İrəvanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təzyiqlərlə üzləşib. Polislər onun qaldığı mehmanxanaya gecə vaxtı hücum ediblər. Bununla yanaşı, o, Xankəndində erməni polislər tərəfindən döyülüb.

"Biz ortaya çıxardıq ki, Dağlıq Qarabağ ərazisində lokal cinayətlər baş verir, burada baş verənlərin böyük hissəsi keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla bağlıdır. Onlar dəhşətli insan əzabları üzərində milyardlarla dollar pul qazanıblar", - deyə müəllif qeyd edir.

Kitabda Qarabağın seks alverçiləri üçün də potensial yer olduğu deyilir. Ailələrin yoxsulluğundan istifadə edərək, onları aldadır və gənc qızlarını əllərindən alırlar. Qızlar sonra Qərbi Avropanın Madrid, London və Berlin kimi böyük şəhərlərindəki fahişəxanalarda, eləcə də İrəvanın gecə klublarında işləməyə məcbur edilirlər. Kitabda bu dəhşətli cinayətin qurbanı olan bir neçə qızın hekayəsi də yer alıb. Qarabağdan olan Aliyə Madriddə seks işçisi kimi fəaliyyət göstərir. Bununla yanaşı, Keynin özünə İrəvanda hökumətin lisenziyası kimi fəaliyyət göstərən "Omeqa" və "Şarlotta Kabare" klublarda 11 yaşlı qız təklif ediblər.

"Üç qız atası kimi bundan dəhşətə düşdüm. Köçəryan və Sarkisyanın qızları, anaları və bacıları var. Necə ola bilər ki, eks-prezidentlər və onların ətrafındakı qadınlar belə dəhşətli sənayeyə imkan veriblər, inanılmazdır", - deyə Keyn yazır.

Bir müddət öncə "Wikileaks" saytı də yazırdı ki, nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisində aparılan narkoticarətdə Ermənistan hökumətinin, siyasi liderlərinin və keçmiş prezidenti Robert Köçəryanın da payı var. Hər il oradan daşınan narkotikdən əldə edilən gəlirin bir hissəsi Köçəryana verilir. Bununla yanaşı, İrandan Avropaya daşınan narkotikin böyük hissəsi də məhz Qarabağdan və Ermənistandan aparılır. Sayt qeyd edirdi ki, hazırkı prezident Serj Sarkisyanın qardaşı İrandan və Qarabağdan gətirilən narkotik maddələri Rusiya bazarlarına çıxarır, oradan isə erməni lobbisi vasitəsilə Avropaya daşınır.

"Armenia Today" portalı narkoticarətin başında Ermənistanın keçmiş baş prokuroru Aqvin Ovsepyanın dayandığını yazırdı. "Joxovurd" qəzeti isə qeyd edirdi ki, İranla sərhəddə yerləşən Sünik vilayətinin keçmiş qubernatoru Suren Xaçatryan da narkotik alverçisidir. Vaxtilə Rusiyada bu işlə məşğul olduğu üçün ona qarşı cinayət işi açılıb, daha sonra o, fəaliyyətini Ermənistanda davam etdirib. Ermənistan KİV-i narkotrafikdə diqqəti "Ermənistan və Dağlıq Qarabağ Ticarət Palatası"na çəkir. Bu palata cinayətlərin ört-basdır edilməsi üçün pərdə rolunu oynayır. Hətta İranın iş adamlarının Dağlıq Qarabağ ərazisinə investisiya qoymaq istəklərinin əslində narkotik maddələrin becərilməsi və istehsalına hesablandığı haqqında məlumatlar var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2966   Tarix: 26 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart
.

Azərbaycan Ordusunun zabiti qətlə yetirildi - Saxlanılan var

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-c

27 yanvar
.

Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO

"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni

14 fevral
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel
.

İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb

İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qey

14 aprel
.

Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha

3 mart
.

Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yaydı. nazirliyə istinadən icmalı təqdim edir:

21 yanvar
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel