Bakıda 1 ailədən 4 nəfərin öldüyü hadisə ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - FOTO

Bakıda 1 ailədən 4 nəfərin öldüyü hadisə ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - FOTOBakı şəhərinin Suraxanı rayonunun Ramana qəsəbəsində yerləşən evdə ana və 3 körpə övladının dəm qazından zəhərlənərək ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

Neftçala rayon Xolqaraqaşlı kənd sakinləri 26 yaşlı Elmira Əsgərova ilə övladları – 5 yaşlı Əli, 3 yaşlı Fatimə və 1 yaş 6 aylıq yaşlı Zeynəbin dəm qazından zəhərlənərək vəfat etdiyi hadisəyə görə Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Suraxanı rayon Prokurorluğunda açılmış cinayət işi ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ailə başçısı Əsədulla Əsgərov Bakıda şirkətlərdən birində mühafizəçi işləyib. O, yanvarın 25-də gecə növbəsində işdə olub və səhər saatlarında evə gələndə həyat yoldaşı ilə 3 körpə övladının dəm qazından boğularaq öldüyünü görüb.

Dəhşətli hadisədə ölən ana və körpələrinin fotolarını təqdim edirik. Vəfat edən ana və övladları Xolqaraqaşlı kənində yanaşı dəfn edilib.//publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2653   Tarix: 28 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Fazil Qasımovun həbs müddəti uzadıldı

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov haqda yenidən məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş vəsatət və təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin uzadılması istənilib

20 fevral
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

DTX tərəfindən həbs edilən generaldan XƏBƏR VAR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, Tofiq Həsənov məhkəməyə videokonfrans vasitəsilə qatılıb. İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüsey

29 fevral
.

Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: "Ailəmi öldürdüm, çünki..."

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. TV Müsavat xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib

1 mart
.

Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhmədlə bağlı daha bir İDDİA

Bakıda ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı yeni iddialar səsləndirilib. Belə ki, verilişlərin birinə zəng edən şəxs 4-5 il öncə Əhməd Əhmədov tərəfindən döyüldüyünü, pullarının və telefonunun oğurlandığını bildirib. Səsləndirilən iddialarl

19 fevral
.

Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI - 14 yaşlı qızı zorlayıb, qətlə yetirdi - VİDEO

2023-cü il fevralın 22-nə keçən gecə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 1

24 fevral
.

Qətldə şübhəli bilinən şəxs tutuldu

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılıb. O, istintaqa təhvil verilib. Qey

11 mart